BBC navigation

Bakı məhkəməsində hakimə ayaqqabı atılıb

Son yeniləmə: 23 yanvar, 2013 - 17:20 GMT
Penitensiar xidmət

Mirpaşa Hüseynovun sədrliyilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Abgül Süleymanovun apellyasiyasının rədd edilməsi qərarının elanından sonra prosesi dinləyən şəxslərdən biri hakimə ayaqqabı atıb.

Abgül Süleymanovun vəkili ayaqqabının hakimə dəydiyini deyib.

“Hakim qərarı elan edən vaxtı, prosesi dinləyən şəxslərdən biri hakimə ayaqqabısını atıb”, BBC Azərbaycancaya vəkil Anar Qasımlı bildirib.

Vəkilin sözlərinə görə hakim baş verən hadisənin protokollaşdırılmasını tapşırıb.

Lakin ayaqqabını atan şəxsə qarşı heş bir tədbir görülməyib.

"Ətrafdakı nəzarətçilər heç bir tədbir görməyiblər. Şəxs salonu tərk edib".

2011-ci ildə həbs olunmuş "Cəfəri heyət" dini qrupunun rəhbəri Abgül Süleymanov o cümlədən silah saxlamaqda təqsirli bilinərək, 2012-ci ildə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Abgül Süleymanov ona qarşı ittihamları rədd edib.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.