BBC navigation

Silbo Gomero – Kanar adalarının fit dili

Son yeniləmə: 9 fevral, 2013 - 15:53 GMT

Silbo Gomero – İspaniya adalarının fit dili

İspaniyanın La Gomera adasında istifadəsi daralan qədim fit dili – Silbo Gomero - yenidən canlanmaqdadır.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

İspaniyanın La Gomera adasında istifadəsi daralan qədim fit dili – Silbo Gomero - yenidən canlanmaqdadır.

Kanar adalarının ən xırdası olan La Gomerada təpənin başından uzaqdakı köhnə evləri görmək olar. Bir qədər sağda hislənmiş ağac qalıqları Mərakeş sahili yaxınlığındakı adada baş verən meşə yanğınlarından xəbər verir.

Fit dili dərsi

1990-cı illərdə Silbo Gomeronun məktəb tədris proqramına daxil edilməsilə qədim dilə maraq yenidən oyanmağa başlayıb.

Diqqətimi cəmləşdirmək üçün gözlərimi yumub maşın və külək səsinə qarışan Silbo Gomero və yaxud da Gomera fit dilini ayırd etməyə çalışıram, deyilir BBC müxbirinin oçerkində.

Yerlilər dilin məişətdə hələ də işlənildiyini deyirlər.

İki sait və 4 samitdən ibarət fit dili dərin vadilər və sıldırımlı qayalara malik adada mükəmməl ünsiyyət vasitəsidir.

3.2 km məsafəni qət etməyə qadir olan fit bu cəhətdən adi nitq imkanlarını üstələyir.

Dilin yaranması barədə dəqiq məlumat yoxdur.

Lakin məlumdur ki, 15-ci əsrdə, avropalıların La Gomerada məskunlaşmağa başladığı dövrdə adanın Şimali Afika mənşəli sakinləri fit dilindən istifadə ediblər.

"“Yol və telefon rabitəsindən məhrum olan yerdə fit çalmaqla sözünü demək bir-birindən aralı olan evləri dolaşıb xəbər ötürməkdən daha asandır”."

Lino Rodriguez, yerli sakin

Yerlilərin dilini əks etdirən fit sonradan mənimsənilərək İspan dilinə uyğunlaşdırılıb.

La Gomera sakinləri fit dilinin 1940 və 1950-ci illərdə geniş işlədildiyini xatırlayırlar.

"Əvvəllər dağlarda - və bu tez-tez baş verir – yanğın başlayan kimi əlimizdəki işdən asılı olmayaraq Mülki Müdafiə Xidmətinin nümayəndələri bizi yığıb yük maşınları ilə yanğın söndürməyə aparardılar, - fit dililə danişa bilən ixtiyar yaşlı Lino Rodriguez deyir.

Onun sözlərinə görə pulsuz işi başdan etməyə çalışanlarlar rəsmilərin yaxınlaşdığı barədə bir-birlərini yalnız yerlilərin başa düşdüyü dillə xəbərdar edərdilər.

La Gomera adası

“Onların gözünə görünməmək üçün biz fit dililə xəbər ötürərdik: “Gizlənin, Mülki Müdafiə Xidmətinin nümayəndələri gəlir!”.

Lino Rodriguez adada fit dilinin öyrənilməsinin labüd olduğunu deyir.

“Yol və telefon rabitəsindən məhrum olan yerdə fit çalmaqla xəbəri çatdırmaq bir-birindən aralı olan evləri dolaşmaqdan daha asan olub”.

ikinci Dünya Müharibəsindən sonrakı illərdə iqtisadi çətinliklər üzündən yerlilər adanı tərk etməyə başlayıblar.

Eyni zamanda rabitə ilə yol şəbəkəsinin inkişafı ilə fit dilinə olan ehtiyac da get-gedə azalmaqda idi.

1970 və 80-ci illərdə adada qədim ünsiyyət vasitəsinə sahib olan cəmi bir neçə adam qalmışdı.

Lakin 1990-cı illərdə fit dili həvəskarları üçün işıq ucu görünməyə başladı: Silbo Gomeronun məktəb tədris proqramına daxil edilməsilə qədim dilə maraq yenidən oyanmağa başlayıb.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.