
Bu gün Bakının mərkəzində Fəvvarələr meydanında yüzlərlə gənc "əsgər ölümlərinə son" şüarı altında etiraz aksiyasina çıxıb.
Bu aksiyanın keçiriləcəyi barədə elan "Facebook" sosial şəbəkəsində yerləşdirilmişdi.
APA agentliyinin məlumatına görə, aksiyaçıların bir neçə dəstəsi Fəvvarələr meydanına daxil olmağa cəhd edib.
Onların bir qismi meydana daxil olub. Polis onların qarşısını alıb. Saxlanılanlar var.
Polis aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib. Fəvvarələr meydanına aparan yollar polis nəzarətinə götürülüb.
Aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyib.
Reuters agentliyi polisin yüzlərlə aksiya iştirakçısını qağıtmaq üçün rezin güllələrdən və şırnaqdan istifadə etdiyini bildirib.
Agentliyin qeyd etdiyi kimi, yüzlərlərlə adamın iştirak etdiyi aksiyada Əsgər ölümlərinə son və Ordunu morqa çevirməyin şüarları səsləndirilib.
Reuters agentliyi icazəsiz aksiyanın Facebook vasitəsilə gənc müxalifət fəalları tərəfindən təşkil edildiyini qeyd edib.