Lavrov: Qarabağ məsələsində irəliləyiş yoxdur

Lavrov və Nalbandyan

Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində hələlik heç bir irəliləyiş müşahidə olunmadığı fikri ilə razıdır. Bunu Sergey Lavrov Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiyanın xarici işlər naziri Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu həmsədrlər üçlüyü formatında ABŞ və Fransa partnyorları ilə birgə işlədiyini və danışıqların müxtəlif mərhələlərində həmsədrlər tərəfindən irəli sürülən təklifləri dəstəklədiyini qeyd edib.

“İfadə edilmə formasından asılı olmayaraq, həmin təkliflər mahiyyətcə eyni olub - tərəflərin bir biri ilə razılığa gəlməsinə xidmət etmək. Hal hazırda Minsk Qrupu tərkibində münaqişə tərəfləri arasında danışıqlar prosesinin bərpa olunması istiqamətində çalışırıq”, - Lavrov deyb.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarının “irəliləyiş yoxdur” fikri ilə razıdır.

“Lakin demək olmaz ki, məsələ çıxılmaz vəziyyətə düşüb. Proses davam etməkdədir. May ayında, bir neçə gündən sonra, Krakovda xarici işlər nazirləri arasında görüş keçiriləcək. Yüksək səviyyədə görüş keçiriləcəyi də istisna olunmur”, - deyib Nalbandyan.

Eyni zamanda Ermənistan xarici işlər naziri prosesin irəli getmədiyinin səbəbini “tərəflərdən birinin qeyri-konstruktiv mövqe tutması və həmsədrlər tərəfindən irəli sürülən bütün təklifləri rədd etməsi” ilə izah edib.

Bu barədə daha geniş