3 aylıq fasilədən sonra Boeing 787 Dreamliner uçuşları bərpa edir

Dreamliner

Yanvar ayında akkumulyatordakı nasazlıqla bağlı uçuşların təxirə salınmasından sonra Dreamliner təyyarəsi yenidən göyə qaldırılıb.

Ethiopian Airlines aviaşirkətinə məxsus Boeing 787 iki saatlıq uçuşdan sonra Adis-Abebadan Keniya paytaxtı Nayrobiyə gəlib.

Azərbaycan 2014-cü ildə 2 Dreamliner təyyarəsini almalıdır.

Bəzi məlumatlara görə uçuşlara qadağa ilə bağlı ABŞ şirkətinin həftəlik itkiləri 50 milyon dollar təşkil edib.

Problemin aradan qaldırılmasına 200 min saatlıq işin sərf edildiyi bildirilir.

Boeing 787 təyyarələrin istismarı 3 ay əvvəl Yaponiyada yanacaq sızması və akkumulyator sistemində nasazlığın aşkar olunmasından sonra dayandırılmışdır.

Ötən həftə ABŞ mülki aviasiya qurumu Boeing 787-dəki litium-ion akkumulyatorunda dəyişiklikliyin edilməsinə razılığını verib.

Daha aşağı temperetarurlarda işləməyə qadir olan yeni akkumulyatorun dəmir korpusa yerləşdirildiyi bildirilir.

290 sərnişinlik Dreamliner 2006-cı ildə yığılmağa başlayıb və 5 il keçmiş ilk təyyarə istehsal anqarını tərk edib.

Boeing-787 eyni sinifdən olan təyyarələrdən 20 faiz az yanacaq işlədir.

Bu barədə daha geniş