İran rəsmisi Ramiz Mehdiyevə "qərb qüvvələri" haqqında xəbərdarlıq edib

Ramiz Mehdiyev

Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri başlayıb.

Azərbaycan prezidenti administrasiyası rəhbərinın Tehrana səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və Məclisin spikeri Əli Ləricani ilə görüşüb.

İranın IRTV1 telekanalının məlumatına görə, bazar ertəsi keçirilən görüşdə, rəsmilər regional problemləri və ikitərəfli məsələləri müzakirə ediblər.

IRNA xəbər agentliyinin verdiyi məlumatda deyilir ki, cənab Cəlili azərbaycanlı həmkarına "qərb qüvvələrinin bəzi ölkələrdə stabilliyi pozub, o ölkələrdə ... öz maraqlarını təmin etmək cəhdləri" haqqında xəbərdarlıq edib.

Cənab Cəlili İranla Azərbaycan arasındakı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib, IRNA xəbər verir.