Liviya: Bir qrup silahlı XİN binasını mühasirəyə alıb

Image caption Nazirliklə yanaşı küçələr çoxsaylı avtomobillərlə əhatəyə alınıb

Liviyanın paytaxtı Tripolidə bir qrup silahlı avtomobillərin üstündə zenit toplar quraşdırılmış avtomobillərlə Xarici İşlər Nazirliyi binasını dövrəyə alıb.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, 50-yə yaxın silahlı binanın yolunu tutub, Qəddafi dövründə nazirlikdə işləyən bütün məmurların işdən azad edilməsini tələb edir.

Etiraz iştirakçıları əvvəlki rejim dövründə qulluq edənlərin hazırda Liviya XİN-də yüksək vəzifələr tutduğunu bildirirlər.

Ətraf küçələrdə ən azı 20 yük avtomaşını dayanır, lakin silahlı etiraz iştirakçıları nazirliyin binasına müdaxilə etmir.

BBC müxbirinin Tripolidən verdiyi məlumata görə, binanı əhatə edən qrup tərkibinə görə olduqca müxtəlif görünür: onlar müxtəlif yaşda, hərbi və mülki geyimli şəxslər, bəzilərinin əlində köhnə odlu silah vardır.

Mütəmadi blokadalar

Görünür, onların lideri (dediklərinə görə, Cavad) aralarında yoxdur. XİN binasını dövrəyə alanlar tələbləri yerinə yetirilməyincə çəkilməyəcəklərini bəyan ediblər.

Bu il mart ayında etiraz iştirakçıları, Qaddafi rejimi ilə əməkdaşlıq etmiş əməkdaşların siyasətlə məşğul olmasını qadağan edən yeni qanun qəbul etmək tələbi ilə, Ümummilli Konqres üzvlərini bir neçə saat binadan buraxmayıblar.

XİN-i mühasirəyə alan silahlı qrupun tələbinə cavab olaraq, Liviyanın baş naziri Əli Zeydan liviyalıları “ölkədə vəziyyəti sabitsizləşdirməyə çalışanlar qarşısında hökuməti dəstəkləməyə” çağırıb.

Əli Zeydan həmçinin vaxtilə Daxili İşlər Nazirliyi və dövlət televiziyasına qarşı bu kimi aksiyalar keçirildiyindən şikayətlənib. Lakin, Liviya Milli Xəbərlər Agentliyinin məlumatına əsasən, onlarla və hazırkı XİN binasının blokadası arasında hələlik heç bir əlaqə müşahidə olunmur.

Bu barədə daha geniş