Avropada homofobiya "artıb"?

Avropa Birliyi ölkələrində aparılan sorğu geylərin 25 faizinin son beş ildə ya hücuma, ya da zorakılığa məruz qaldığını açıqlayıb.

Sorğuya görə, daha çox kasıb və gənc şəxslər cinsi oriyentasiyalarına görə diskriminasiya ilə üzləşir.

AB-nin Əsas Azadlıqlar Agentliyi (ƏAA) sorğunu Avropa və Xorvatiyada 93 min insan arasında aparıb və mayın 17-də qeyd edilən Beynəlxalq Homofobiya və Transfobiyaya qarşı Mübarizə Günündə açıqlayıb.

Nəticələrdən narahatlıq keçirən LGBT ( lezbi, gey, biseksual və transseksual) nümayəndələri mövzunun müzakirə edilməsini istəyib. Bu səbəbdən, üç yüzə yaxın siyasətçi və ekspertlər cəmiyyətlərdə homofobiyanın aradan qaldırılması üçün Haaqa şəhərinə toplaşıb.

İnternetdə aparılan sorğuya əsasən, lezbi, gey, biseksual və transseksuallara cinsi oriyentasiyalarına görə “diskriminasiya, zorakılıq, təhqir və ya nifrət obyekti” olub-olmamaları barədə suallar verilib.

Təşkilatın direktoru Morten Kierum deyib ki, Avropada diskriminasiya ilə bağlı hələ də “ciddi suallar” mövcuddur.

ƏAA güman edir ki, nəticələr siyasətçilərə bu sahədə irəliləyişə nail olmağa kömək olacaq.

Bu barədə daha geniş