Toğrul Nərimanbəyov Fransada dəfn edilə bilər

Azərbaycanın məşhur rəssamı Toğrul Nərimanbəyov Fransada dəfn edilə bilər.

Parisin 15-ci rayon tribunalı 17 iyunda qərar verib ki, rəssamın həyat yoldaşı Sevil Nərimanbəyanın iddiası təmin edilsin.

Rəssasmın qərardan narazı qalan qızı Əsmər Nərimanbəyova APA-ya deyib ki, "qərardan apellyasiya şikayəti" verəcək.

"Atamın həyat yoldaşının arzusuna əsasən Toğrul Nərimanbəyovun meyiti yandırılacaq və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, atam müsəlmandır."

SSRİ və Azərbaycan Xalq Rəssamı Toğrul Nərimanbəyov iyunun 2-də, 83 yaşında vəfat edib.

Daha sonra isə onun qızı və ikinci həyat yoldaşı arasında dəfn yeri ilə bağlı mübahisə yerli mediada qalmaqala səbəb olub.

Rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova onun Parisdə, qızı Əsmər Nərimanbəyova isə Bakıda basdırılmasını istəyir.

Bu barədə daha geniş