Hindistanda daşqınlar: 3 min adam itkin düşüb

Hindistanda daşqınlar

Yerli hakimiyyət orqanları bildiriblər ki, ölkənin şimalındakı Uttarakand ştatında baş vermiş sel və torpaq sürüşmələri nəticəsində 3 minə yaxın insan itkin düşüb.

Son məlumatlara görə 800 adam həlak olub, lakin ölənlərin sayını dəqiq söyləmək mümkün deyil.

Fəlakət zonasından 100 minədək adam evakuasiya edilib. Sakinlərin köçülüməsində Hindistan hərbi hava qüvvələrinin helikopterləri iştirak edir.

Ekspertlər deyirlər ki, Uttarakandda daşqınlara səbəb olmuş builki leysan yağışları son 80 ildə ən güclü yağışlar sayılır. Yatağından çıxan çaylar və sel suları bütöv kəndləri yuyub aparıb.

900-dək hindli zəvvar hələ də müqəddəs Badrinatx şəhərindən çıxa bilmir. Onların bazar ertəsi evakuasiya ediləcəyi gözlənilir.

Bu barədə daha geniş