Prezident Rohani nüvə məsuliyyətini üzərinə götürürür

Buşəhr

İran Prezidenti Həsən Rohani deyib ki, nüvə proqramına dair Qərblə danışıqları ölkənin Xarici İşlər Nazirliyi aparacaq.

Bu ona danışıqlar üzərində birbaşa nəzarət imkanı verəcvək, beləki bundan əvvəl danışıqları Ali Milli Təhlükəsizlik Şurası aparırdı.

Bu Şura ölkənin ali dini rəhbəri Ayətullah Əli Xəmneyi tərəfindən birbaşa təyin edilir və yalnız ona hesabatlıdır.

Müxbirlər deyirlər ki, bu dəyişiklik nüvə proqramına dair danışıqlarda Tehranın daha mötədil mövqe tutacağından xəbər verə bilər.

Bunu həm də belə bir amil göstərir ki, prezident İranın ziddiyyətli nüvə proqramına dair danışıqlarla məşğul olan rəsmiləri dəyişdirib.

Prezident Qərblə danışıqlar üçün əsasən elə Qərbdə təhsil almış diplomatları təyin edib.

Diplomatik məsələ

Ekspertlər bildirirlər ki, nüvə danışıqlarının Xarici İşlıər Nazirliyinə həvalə etməklə prezidentr bunun təhlükəsizlik deyil, diplomatic məsələ olduğu barədə mesaj vermək istəyir.

2007-ci ildən İranın Qərblə nüvə danışıqlarını Xəmneyiyə son dərəcə sədaqəti ilə tanınan Səid Cəlili aparırdı.

Səid Cəlili bu ilin prezident seçkilərində namizəd idi və uğur qazanacağı təqdirdə Qərbə qarşı daha sərt mövqe tutacağı gözlənilirdi.

Son dəyişiklik onu göstəriri ki, İranın Qərblə danışıqlarına innən belə xarici işlər naziri Məhəmməd Casvad Zərif başçılıq edəcək.

Cənab Zərif Qərbə yaxşı bələddir, belə ki o, İranın BMT-dəki səfiri olub və həmişə mötədil siyasətçi kimi tanınıb.

“Danışıqlarsa dalandadır”

Ötən həftə BMT-nin Atom Energetikası Agentliyi xəbər vermişdi ki, İran yenə də özünün uranın zənginləşdirilməsi qabiliyyətini artırıb.

Beynəlxalq Atom Energetikası Agentliyi (BATENA) bildirir ki, İran artıq özünün Natanz zənginləşdirmə zavodunda 1000-dən çox təkmil sentrifuq quraşdırıb.

BATENA deyir ki, İranla növbəti danışqılar 27 sentyabra təyin edilib.

Bu barədə daha geniş