Çovqan: Azərbaycanın ənənəvi at idman növü UNESCO siyahısına daxil edilib

UNESCO
Image caption Azərbaycanın çovqan milli oyunu UNESCO siuyahısına daxil edilib.

Qarabağ atları üzərində oynanılan Azərbaycanın milli çovqan oyunu rəsmi Bakının müraciəti əsasında UNESCO-nun təcili mühafizəyə ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasındaı qəbul olunub. Sessiyanın işi dekabrın 7-dək davam edəcək.

Təşkilatın qeyri-maddi mədəni irs siyahısına abidələrini daxil etmək üçün ümumilikdə bu dəfə 12 ölkə müraciət edib. Çovqandan əlavə siyahıya eləcədə Qvatemalanın qədim Məhsul bayram festivalı ənənəsi də əlavə edilib.

Digər ölkələrin də bu siyahı ilə bağlı müraciətlərinin müzakirəsi davam etməkdədir.

"Çovqan oyunun oynanılması praktikası, oyun ənənəsinin nəsildən nəsilə keçməsi zəifləyib. Buna səbəb gənc nəslin oyuna marağının azalması, urbanizasiya, miqrasiya kimi proseslərdir ki, nəticədə oyunçu, məşqçi və Qarabağ atlarının qıtlığı yaranıb", UNESCO vebsaytında qeyd olunub.

Təşkilat bu səbəbdən Azərbaycanın milli at idman növü olan çovqan oyunun qorunmasına təcili ehtiyacın olduğunu vurğulayıb.

Bu barədə daha geniş