Reza Hazare
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Reza Hazare: "İndi nə yaratsam Azərbaycana da aid olacaq"

Əfqan əsilli rəssam Reza Hazare İranda, Zahedan şəhərində doğulub. Onun "Anesteziya" adlı sərgisində mühacir həyatı ilə bağlı rəsmləri və hekyəlləri nümayiş olunur.

Hazare Əfqanıstanda heç vaxt yaşamayıb - onun ailəsi ölkədə baş verən vətəndaş müharibəsinə görə İrana köçmüşdü. Buna baxmayaraq, hazırda vəziyyət "daha yaxşı" olduğuna görə, o, ölkəyə qayıtmaq və orada yaradıcılığına davam etmək istədiyini deyir.

2005-ci ildə Tehran Ali Təsviri İncəsənət Məktəbini bitirəndən sonra Hazare Azərbaycana gəlib və 2012-ci ildə Azərbaycan Dövlət İncəsənət Akademiyasını bitirib.

"İndi mən nə yaratsam istər-istəməz [Azərbaycana] aid olacaq, çünki mən bu [ictimaiyyətdə] yaşamışam", o deyir.

Reza Hazare BBC Azərbaycanca müxbiri Nailə Abdiyevanın suallarını cavablayıb.

"Anesteziya" sərgisi 10 sentyabr – 26 oktyabr arasında Bakıdakı "YAY" Qalereyasında nümayiş olunur.