Paris: Dağlıq Qarabağa dair Yerevanla Bakı arasında daha çox görüş keçiriləcək

Paris Fotonun müəllifi AFP
Image caption Fransa Dağlıq Qarabağ danışıqlarının davam etdiriləcəyini deyir.

Fransa Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa dair daha çox danışıqların keçiriləcəyini bildirib, Reuters agentliyi xəbər verir.

Fransa hökümətinin bildirdiyinə görə, bazar ertəsi Parisdə keçirilmiş görüş nəticəsində Ermənistan və Azərbaycan prezidentləri mübahisəli Dağlıq Qarabağ regionuna dair danışıqları davam etdirməyə razılaşıblar.

"Status-kvo vəziyyəti davamlı deyil", Fransa prezidenti Francois Hollande danışıqlardan sonra bildirib.

Fransa prezidenti xidmətinin bildirdiyinə görə, "iki lider Dağlıq Qarabağ uğrunda döyüşlərdə itkin düşmüş insanlar barədə məlumat mübadiləsinin keçirilməsinə razılıq verib".

"Ermənistan və Azərbaycan prezidentləri , o cümlədən, 2015-ci ilin sentyabrında Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində də dialoqu davam etdirməyə razılaşıblar”, Reuters agentliyinə görə prezident Hollande-nin xidməti qeyd edib.

Hollande Əliyev və Sarkisyanla görüşüb

Fransa prezidenti Francois Hollande Parisdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirib.

Cənab Hollande əvvəl İlham Əliyevlə, daha sonra isə Serj Sarkisyanla təkbətək görüşüb.

Yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 20:00) prezidentlər arasında üçtərəfli görüş və şam yeməyi gözlənilir, Agence France Presse (AFP) xəbər verir.

BBC Azərbaycancaya danışan azərbaycanlı politoloqların bəziləri görüşdə müzakirəyə çıxarılacaq sənədin olmadığını və münaqişənin həlli ilə bağlı siyasi bəyanatın verilmə ehtimalını, bəziləri ümumiyyətlə görüşün "nəticəsiz" olacağını deyib.

Fotonun müəllifi AFP
Image caption Dağlıq Qarabağ uğrunda döyüşlərdə itkin düşmüşlər barədə məlumat mübadiləsinin keçirilməsinə razılıq verilib, Paris bildirir.

Amma AFP agentliyinə danışan diplomatik mənbə deyib ki, "onları birlikdə işləməyə çağırmaq, gərginlikləri azaltmaq üçün iki prezidenti bir yerə gətirmək vacibdir".

Paris sammitindən əvvəl Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier də hər iki ölkəyə səfər etmişdi.

Bu barədə daha geniş