Əliyev, Sarkisyan
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Əliyev-Sarkisyan-Hollande görüşü: Parisdən video

Bazar ertəsi Fransa prezidenti Francois Hollande Parisdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlər keçirib.

İlk olaraq Prezident Hollande İlham Əliyevlə və Serj Sarkisyanla Elysee Sarayında təkbətək görüşlər keçirib.

Daha sonra Azərbaycan və Ermənistan tərəfləri Sarayda cənab Hollande və digər liderlərlə müzakirələr aparıb.

Fransa hökümətinin bildirdiyinə görə, görüş nəticəsində Ermənistan və Azərbaycan prezidentləri mübahisəli Dağlıq Qarabağ regionuna dair danışıqları davam etdirməyə razılaşıblar.

Video şərhsizdir.