Şəkillərdə: Azadlıq Simaları

Gələn ay Londonda açılacaq fotosərgi azadlıq, gözəllik və hicab arasında daxili bağlılığı nəzərdən keçirir.

Ruha. Stilist. Foto: Aleksandra Kremer-Xomasuridzenin
Şəklin alt yazısı,

Azərbaycanlı rəssam Aleksandra Kremer-Xomasuridzenin Azadlıq Simaları foto silsiləsi müxtəlif ölkə, həyat yolu və peşəyə sahib 50 qadını əks etdirir və onların hicab geyinməyə şəxsi münasibətini araşdırır. Qadınların hicablı və hicabsız şəkilləri sərgilənir. (Foto: Ruha. Stilist)

Şəklin alt yazısı,

Azərbaycanı 1989-cu ildə tərk edən Kremer-Xomasuridze deyir ki, layihəyə maraq 2011-ci ildə, Bakıya qayıdarkən oyanıb. “Mən gedincə hicab geyənlərin sayı xüsusilə də yeni multikulturalizm ideyasına mənsubluğun əlaməti olaraq cinslə qısa ətəklərə üstünlük verən gənc qadınlar arasında azalırdı. (Foto: Yulia. Sahibkar qadın)

Şəklin alt yazısı,

“22 il keçmiş qayıdandan sonra yenidən hicab geyinməyə başlayan gənc qadınları görərkən çox heyrətləndim. Məndə elə bir təəssürat yaranmışdır ki, azadlığın müxtəlif şəxslər tərəfindən fərqli qəbul edilən və maraqlı təzadlarla dolu Bakını yenidən kəşf etdim.” (Foto: Fərəh. Rəsm qalereyasının sahibi)

Şəklin alt yazısı,

"Azadlıq Simaları mənim üçün hicabı geymək və ondan imtina etmək azadlığı arasında olan fərqi araşdırıb öyrənmək vasitəsidir". (Foto: Marina. Veb dizayneri)

Şəklin alt yazısı,

Ərəbcədən gələn “hicab” sözü “örtük” deməkdir. Qərbdə əsasən boğaz və başı örtməklə üzü açıq saxlayan örtüklərə rast gəlmək olar. Niqab gözlərdən başqa sahibinin üzündə açıq yer qoymur. Hərçənd ki, niqab üzərindən gözləri pərdələyən daha bir örtük də taxıla bilər. (Foto: Lori. Hotel meneceri)

Şəklin alt yazısı,

Burka islam geyimləri arasında ən qapalısıdır. Gözlərin üstündə torlu pərdəyə yer qoyan burka bədənlə üzü tamamilə örtür. (Foto: Angie-Anastassia. Sosiologiya fakültəsinin tələbəsi)

Şəklin alt yazısı,

Rəssam silsiləni bir araya gətirmək prosesinin çətin olduğunu deyir. “Bizim söhbətlərimiz həm mənə, həm də söhbət etdiyim hər bir xanıma uzunmüddətli təsirini göstərib. Dəvət etdiyim qadınlardan bəziləri şəkil çəkməyimə razı olub, digərləri isə bundan imtina ediblər”. (Foto: Svetlana. Ot üstündə xokkey komandasının qapıçısı)

Şəklin alt yazısı,

"Mənim modellərimdən bəziləri qışqırıb bir daha hicab taxmayacağını deyiblər, digərləri isə tam əksini deyərək həmişə hicablı gəzəcəklərini bildiriblər". (Foto: Lyalya. Anatamiya prpfessoru)

Şəklin alt yazısı,

Moskvada doğulmuş Aleksandra Kremer-Xomasuridze azərbaycanlı, gürcü və rus köklərinə malik fotoqrafçıdır. O, gəncliyinin böyük bir hissəsini Bakıda keçirib və onu özünün doğma şəhəri hesab edir. (Foto: Marie-Françoise. Menecer köməkçisi)

Şəklin alt yazısı,

Azərbaycanın Buta incəsənət və mədəniyyət festivalı çərçivəsində Asia House mərkəzində keçiriləcək Azadlıq Simaları sərgisi fevralın 3-də açılır. (Foto: Ülviyyə. Musiqiçi)