Mərkəzi Bank manatın dəyərini kəskin azaldıb

Manat

Azərbaycanda Mərkəzi Bank dolların məzənnəsini 1 manat 5 qəpik səviyyəsində müəyyən edib. Avronun məzənnəsi isə 1 manat 19 qəpikdir.

Bundan əvvəlki gün 1 ABŞ dollarının məzənnəsi təxminən 79 qəpik, 1 avronun məzənnəsi isə 89 qəpik idi.

Rublun manata nisbətən məzənnəsi 0,013 manatdan 0,017 manatadək artıb.

Həmçinin oxuyun: Sosial media manata "rəhmət oxuyur"

Qərar "milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib", APA Milli Banka istinadən məlumat verir.

Bazar ertəsi Mərkəzi Bank manatın dollara qarşı müəyyən etdiyi qiymətini tərk edəcəyini bəyan etmişdi.

Bankın rəhbəri Elman Rüstəmovun Financial Times qəzetinə dediyinə görə, neft qiymətlərinin düşməsi Azərbaycanın neftdən asılı iqtisadiyyatını sınaq qarşısında qoyduğu üçün ölkə manatın dollara qarşı müəyyən etdiyi qiymətini tərk etməyi planlaşdırır, çünki fiskal və monetar siyasətə "müəyyən düzəlişlər etmək vacibdir".

Bu barədə daha geniş