Şəkillərdə: Bakının Sovet simvolları

Azəraycanın müstəqillik qazanmasından 24 il keçməsinə baxmayaraq, burada hələ də Sovet dövrünün izlərini daşıyan simvol və tikililərə rast gəlmək mümkündür. Şəkilləri BBC Azərbaycanca üçün Günel Səfərova çəkib.

Suraxanı rayonunun köhnə dairəsində fəhlə və kəndlilərin şərəfinə abidə. Sakinlər bu abidənin nə zaman qoyulduğunu bilmirlər.
Şəklin alt yazısı,

Suraxanı rayonunun köhnə dairəsində fəhlə və kəndlilərin şərəfinə abidə. Sakinlər bu abidənin nə zaman qoyulduğunu bilmirlər.

Şəklin alt yazısı,

Suraxanıda yerləşən “Rus qəbiristanlığı”ndakı bir çox qəbirlərdə ulduz və oraq-çəkic kimi Sovet simvollarına çox rast gəlmək olar.

Şəklin alt yazısı,

“Rus qəbiristanlığı”nın yanında “Tatar qəbiristanlığı” yerləşir. Məscidin girişində Sovet simvolu sayılan ulduz işarəsi var.

Şəklin alt yazısı,

Məscidin axundu bu işarənin İslam ənənəsindən gələn ay- ulduzla bağlı olduğunu deyir. Ancaq şəkildən göründüyü kimi ay və ulduz ayrılıqda təsvir olunub.

Şəklin alt yazısı,

Suraxanı rayonunda keçmiş dayanacaq. Sakinlər bu dayanacağın Sovet vaxtında tikildiyini bildirirlər.

Şəklin alt yazısı,

Balaxanıda yerləşən 1941-1945-ci ilə aid heykəl. Məkan təmir olunub, Azərbaycan Respublikasının bayrağı ilə rənglənməsinə baxmayaraq, heykəl çox köhnədir.

Şəklin alt yazısı,

Balaxanı kəndində bir evin darvazası. Darvazaya Sovet simvolu olan ulduz həkk olunub.

Şəklin alt yazısı,

Balaxanı kəndində "Sovetskaya" küçəsi olub. Hazırda küçənin adı dəyişdirilib və “Partizan Məmməd” adlandırılıb. Amma darvazalardan birində keçmiş küçənin işarəsi qalmaqdadır.

Şəklin alt yazısı,

Balaxanı kəndi, xatirə barelyefi. “Beynəlmiləlçilik borcunu yerinə yetirərək həlak olmuş Şabanov Məmməd Baba oğlu 1956-1988 bu evdə yaşamışdır” - bu sözlər kiril hərfləri ilə həkk olunub.

Şəklin alt yazısı,

Nəsimi rayonunda Sovet kəşfiyyatçısı Rixard Zorgenin adını daşıyan parkda onun şərəfinə ucaldılmış heykəl. Bakıda Zorgenin adını daşıyan küçə də var.

Şəklin alt yazısı,

Yasamal rayonunda yerləşən, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, SSRİ MİK-in sədri Nəriman Nərimanovun heykəli.

Şəklin alt yazısı,

İsmayiliyyə sarayı. İstiqlaliyyət küçəsində yerləşən sarayı Musa Nağıyev oğlu İsmayılın şərəfinə qotik üslubda tikdirib. Sovet dövründə binada bərpa işləri zamanı, fasadında bəzi dəyişikliklərə yer verilib, medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilib.