#BBCAzeriTrending: Emin Ağalarovun Instagramında çəkişmələr

Fotonun müəllifi instagram

Emin Ağalarovun Bakıda yanğının baş verdiyi gecə Nyu Yorkda konsert verməsi bəzilərinin qəzəbinə səbəb olub. Onun Instagram səhifəsində artıq iki gündür ki, pərəstişkalar və digər istifadəçilər mübahisə edir.

Görünür ki, bir çox istifadəçi milyonçu müğənninin “matəm” günündə konsert verməsinə və yanğın barədə heç nə paylaşmadığına görə təəccüblənib.

Məsələn istifadəçilərdən biri yazıb: "Bu gün Azərbaycanda dəhşətli faciə baş verib. Siz də paylaşsaz yaxşı olardı".

"Emin Ağalarov, sizə çox hörmətim var idi, amma Azərbaycanda matəmdi amma siz... Nəysə!" - Ağalarovun dostu ilə gülümsədiyi bir fotonun altında yazıb digəri.

Fotonun müəllifi BBC World Service

“Bunun deyəsən Azərbaycandan xəbəri yoxdur”, biri yazıb. “Azərbaycan ağlayır, azərbaycanlı ulduz gülür... Əla!” digərindən şərh gəlib.

Səhərisi gün Ağalarov Instagram səhifəsində foto paylaşaraq bəyan edib ki, iyun ayında keçirəcəyi konsertdən gəlirlər qurbanların ailələrinə veriləcək. “Dəhşətli fəlakət”, o yazıb.

Fotonun müəllifi eminofficial Instagram

Bir neçə dəqiqə ərzində fotonun altında 100-dən çox şərh peyda oldu: “Görürsünüz, o susmurdu!” – “Fəaliyyət sözdən əhəmiyyətlidir!” – “Sizin etdiyinizi bir dənə olsun da azərbaycanlı ulduz eləmədi!”

Bu tip şərhlərə cavab yazanların əksəriyyəti müğənninin “mühakimə olunmasına” etiraz edib. Çoxu onun “xeyriyyə konserti” barədə qərarını alqışlayıb və bunu təsvir etmək üçün müxtəlif emojilərdən istifadə edib.

Fotonun müəllifi BBC World Service

Bu barədə daha geniş