Emin Ağalarov: "Əgər Leyla Əliyeva ilə evliliyimiz bitsə..."

Leyla Əliyeva, Emin Ağalarov Fotonun müəllifi Getty
Image caption Leyla Əliyeva və Emin Ağalarov artıq 9 ildir ki, evlidirlər

Emin Ağalarov The Wright Stuff proqramına müsahibəsində "korrupsiyada ittiham olunan prezidentin kürəkəni" olması haqqında danışıb, eyni zamanda Leyla Əliyeva ilə evliliyinin "əbədi olmaya biləcəyini" deyib.

"Qayınatanızın korrupsiyaya uğramış bir prezident olduğu barədə, seçkiləri saxtalaşdırdığı barədə məlumatlar çoxdur", Britaniyanın Channel 5 telekanalında ondan müsahibə alan Richard Madeley qeyd edib.

"Belə şeylərdə ittiham olunan adamın qızı ilə ailə qurmağın çətinlikləri" barədə suala Ağalarov belə cavab verib: "Mən siyasətçi deyiləm deyə bunu şərh etmirəm. İkincisi də, bu, ailə məsələsidir və mənim musiqimə heç bir aidiyyatı yoxdur".

Bu sözlərdən sonra Emin Ağalarov qeyd edib ki, İlham Əliyev sadəcə onun qayınatasıdır və "bu da əbədi olmaya bilər".

"Bu baxımdan hər bir evlilik sual altındadır: hələ ki, [evliliyin pozulmaması üçün] çalışırıq. Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda yaşayır..."

"Beləliklə əgər evliliyimiz bitsə, mən daha Azərbaycan prezidentinin kürəkəni olmayacağam", Emin Ağalarov əlavə edib.

Müsahibə zamanı İlham Əliyevin necə bir insan olduğunu şərh edən müğənni deyib: "Çox gözəl insandır və ölkəsi üçün ən yaxşı şeyləri niyyət edir".

Bu barədə daha geniş