Leyla Əliyeva boşandığını açıqlayıb

Fotonun müəllifi instagram

Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyeva və onun həyat yoldaşı, Rusiyada yaşayıb çalışan milliarder Araz Ağalarovun oğlu Emin Ağalarov 9 il nikahda olduqdan sonra boşanmaq qərarına gəldiklərini açıqlayıblar.

Leyla Əliyeva və Emin Ağalarov İnstagram sosial şəbəkə saytındakı şəxsi səhifələrində rus, azərbaycan və ingilis dillərində eyni məzmunlu məlumat dərc ediblər.

Leyla Əliyeva özünün İnstagram səhifəsində yazıb: "Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq".

Leyla Əliyevanın və Emin Ağalarovun Mikayıl və Əli adlı iki oğulları var.

Bu barədə daha geniş