Azərbaycanda 10 nəfər “İslam Dövləti” tərəfində vuruşduqlarına görə məhkum olunub

Image caption Azərbaycanda İD-ə qoşulduqlarına görə 10 nəfər 4-15 il arası müxtəlif cəza müddətlərinə məhkum olunub.

Çərşənbə günü Azərbaycan məhkəməsi İslam Dövləti qruplaşması silahlılarına qoşulduqlarına görə 10 nəfəri 4 ildən 15 ilədək müxtəlif cəza müddətlərinə məhkum edib.

“Onlar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2014-cü ildə həbs olunmuş 26 nəfərin arasındadır”, Bakıda Ağır Cinayətlərə Dair Məhkəmənin sözçüsü France-Press agentliyinə müsahibəsində bildirib. Ən aşağı cəza bir nəfər azyaşlıya kəsilib, o əlavə edib.

2014-cü ilin sentyabrında Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi 26 nəfərin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilirdi ki, onlar “Pakistan, Suriya və İraqda qanundan kənar silahlı qrup yaratdıqlarına və onları silahlarla təchiz etdiklərinə görə”, həmçinin onlardan bəzilərinin İslam Dövləti qruplaşması silahlıları ilə çiyin-çiyinə vuruşduqlarına görə həbs olunub.

Həmçinin oxu: "İslam Dövləti" qrupu Qafqazda: sual-cavab

Bu 26 nəfərdən bəziləri ilk əvvəl Pakistanda Taliban hərəkatı ilə bağlı olan qruplara qoşulub, sonra isə Suriyaya gedib, bəziləri isə Suriyaya Türkiyə ərazisindən keçib, nazirlik deyib.

Azərbaycan mediası keçmiş Sovet respublikalarından bir çox vətəndaşın Suriya münaqişəsində iştirakından yazıb. Bu sıraya Jaish al-Muhajireen wal Ansar qrupunun tərəfində vuruşan keçmiş Sovet İttifaqından olan islamçılar daxildir.

Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan və enerji resurslari ilə varlı olan Azərbaycanda 9.5 milyon adam yaşayır.

Ölkə hakimiyyəti radikal İslamın xüsusilə neft gəlirlərinə bağlı iqtisadi yüksəlişdən faydalana bilməyən cavan işsiz insanlar arasında genişlənməsindən narahatdır.

Bu barədə daha geniş