İlham Əliyev atasının Moskva ilə "məsafəli siyasət xəttindən uzaqlaşır"

Fotonun müəllifi dennissammut.info
Image caption Dennis Sammut deyir ki, son iki ildə Azərbaycan və Rusiya arasında xüsusi yaxınlaşma hiss olunur.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini şərh edən britaniyalı ekspert deyir ki, rəsmi Bakının Heydər Əliyev dövründə Moskva ilə qurduğu məsafəli siyasət xəttindən uzaqlaşır.

"Qərb ölkələrinə etimadını itirən Azərbaycan, bəzi məsələlərlə bağlı Rusiyanın simasında, etibarlı müttəfiq əldə edib”, - Münaqişə və dovlət quruluculuğu üzrə Britanıyada mənzilləşən LİNKS təhlil mərkəzinin direktoru deyib.

Doktor Dennis Sammutun sözlərinə görə bu təmayül Heydər Əlievin xəttindən fərqlənir.

"Azərbaycanın sabiq rəhbəri sovet idarəçilik sisteminin, onun xüsusi xidmətlərinin necə işlədiyini yaxından tanıdığı üçün Moskva ilə ehtiyatlı siyasət qururdu. Eyni zamanda Heydər Əliyev Rusiyaya qarşı ictimai fikrin mənfi olduğunu da nəzərə alırdı", britaniyalı ekspert BBC Azərbaycancaya deyib.

Fotonun müəllifi president.az
Image caption Rusiya XİN Sergey Lavrov çərşənbə axşamı Azərbaycana səfər edib.

“Heydər Əliyev bu prosesi ehtiyatla yönləndirirdi. O, Moskva ilə əlaqələri nə kəsmirdi, nə də ki onların çox yaxın olmasına yol vermirdi”.

Denis Sammutun sözlərinə görə atasından fərqli olaraq, İlham Əliyev Rusiya ilə daha yaxın siyasət qurmağa başlayıb. Bu proses Dmitri Medvedevin prezident olduğu dövrdə inkişaf edib.

Lakin ekspert Rusiyaya doğru ciddi dönüşün son iki ildə baş verdiyini bildirir.

Fotonun müəllifi AP
Image caption "Heydər Əliyev bu prosesi ehtiyatla yönləndirdi", ekspert deyir.

Dennis Sammutun sozlərinə görə, Qərb Bakını tənqid etdiyi bir vaxtda Azərbaycan hakimiyyəti insan haqları və demokratiya sahəsində həssas məsələlərə toxunmayan Moskva ilə yaxınlaşmaqdadır.

Bakı Moskvadan silah təchizatına nail olub. Lakin iki ölkənin yaxınlaşmasında ən mühüm məsələ Qarabağ münaqişəsinin tənzimlənməsidir. "Azərbaycan Rusiyadan bu istiqəmətdə həlledici addımlar gözləyir", cənab Sammut deyir.

Bəs görəsən Rusiya ən böyük məsələ olan Qarabağ probleminin həllində yardımçı ola bilərmi?

Dennis Sammut deyir ki, bu sual öz cavabını hələ ki, tapmayıb.

Bu barədə daha geniş