AXCP sədrinin müşaviri Məmməd İbrahim həbs olunub

Fotonun müəllifi AXCP

Bakı rayon məhkəməsi AXCP sədrinin müşaviri barəsində 2 aylıq həbs qətimkan tədbirini seçib.

Məmməd İbrahim AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanılıb. Mikayıl Quliyev sentyabrın 29-da Məmməd İbrahim tərəfindən hücuma məruz qaldığını bildirir.

Sentyabrın 30-da Məmməd İbrahimə qarşı xuliqanlıqla bağlı maddə üzrə ittiham irəli sürülüb.

Müdafiə tərəfi hökmə etiraz edib. Turan agentliyinə danışan Məmməd İbrahimin vəkili Yalçın İmanov “qaydaların pozulması” ilə qəbul edilən qərara qarşı şikəyət edəcəyini bildirib.

Bu barədə daha geniş