Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Fotonun müəllifi AFP

Bu gün, noyabrın 9-da, Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. İlk Dövlət Bayrağı Günü 2010-cu ilin noyabrın 9-dan keçirilir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".

Hazırkı üçrəngli və ay-ulduzlu bayraq 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda dirəyinin hündürlüyü 162 metr olan Azərbaycan bayrağı ucaldılıb və Dövlət Bayrağı Muzeyi yaradılıb.