Lahıc misgərliyi UNESCO-nun siyahısına daxil olub

Fotonun müəllifi UNESCO

Qeyri-maddi mədəni irsin qorunması üzrə komitə Azbaycanın Lahıc qəsəbəsində mis əşyalarının hazırlanması və işlədilməsi ənənəsini UNESCO-nun siyahısına daxil edib.

Bununla bağlı müvafiq ərizəni Azərbaycan verib.

"Dəmirçi bişirilən misdən formalar düzəldir, oymaçı isə xalq ənənələri, mənəvi dəyərləri əks etdirən təbiət səhnələrini onların üzərinə naxış kimi vurur. Azərbaycanlılar bu qabları geniş istifadə edir. Mis qabların hazırlanma ustalığı isə atadan oğula təhvil verilir", - BMT-nin məlumatında bildirilir.

Bu sənətin Lahıc icmasına mənsub olduğu hesab edilir.

Fəaliyyətinin ilk günlərində komitə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına 13 obyektin daxil edilməsi barədə qərar çıxarıb.

Onların sırasında İspaniyanın Vyanada klassik atçılıq və ali at sürmə məktəbi, Argentinanın ənənəvi dekorativ rəsm texnikası "Filete porteno", Makedoniyanın iki səs kişi oxuma üslubu "qlasoeçko", Portuqaliyada inək üçün zənglərin hazırlanması və digər ənənələr də var.