Mətbuat icmalı: Nardaran sakini - "Araşdırsınlar, kimin günahı yoxdur, buraxsınlar"

Fotonun müəllifi Getty

“Azadlıq”: Nardaranda əhali elektriksiz və qazsız qalıb

“Kəndin çox vahiməli görünüşü var. Hər tərəfdə əlisilahlı əsgərlərdir. Meydan, mərkəzi küçələr, hətta ara küçələr də əli silahlılarla doludur. Kəndin küçələrində hərbi maşınlar var, az qala, hər evin damında əlisilahlı hərbçilərdir. Snayperlər də var. Camaat qorxudan küçəyə çıxmır, uşaqlar məktəbə getmir”.

Bunu “Azadlıq” radiosuna Nardaran kəndinin adının çəkilməsini istəməyən sakini deyib. Onun sözlərinə görə, Daxili Qoşunların əməkdaşları adamları, kəndə girən maşınları bir-bir yoxlayır:

“Qonşu ərzaq maşınında işləyir. Dükana mal gətirmişdi. Hər şeyi ələk-vələk ediblər”.

Nardaran sakininin dediyinə görə, kənddə işıq olmadığından sakinlərin çoxu şəhərdə və ətraf kəndlərdə yaşayan qohumlarının evinə köçür: “Çünki vəziyyət dözülməzdir. Işıq olmadığından evimiz bumbuzdur. Yeməyi zorla qaz balonlarında bişiririk. Televizora baxa bilmirik, internet yoxdur, dünyadan təcrid olunmuşuq. 5-6 adama görə bütün kəndə əziyyət verirlər”.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov isə “Azadlıq” radiosuna deyib ki, qəsəbəyə hələ də işıq verilməyib. Onun sözlərinə görə, məktəblərə, xəstəxanalara belə, işıq verilmir. Havaların soyuq keçdiyi bu günlərdə işıq olmadığından əhali çıxılmaz vəziyyətə düşüb.

Natiq Kərimov kənddəki ümumi vəziyyətdən də danışıb: “Qoşunlar burdadır. Işıqlar yanmır. Tutulanlardan xəbər yoxdur, ölənlərin məsələsi həll olunmayıb. Bax, belə bir vəziyyətdir. Ölənləri gətirib basdırıblar. Ancaq bilinmir ki, kim basdırıb, kimi basdırıb. Ölənlərin yaxınları deyir ki, niyə basdırdıqları yeri demirlər? Belə olmaz axı. Basdıranda ata-anası, yaxını olmalıdır ki, bilsin bu filankəs idi, basdırıldı. Ölənlərin ailələri nigarandır. Adamları tutub aparırlar, onlardan da xəbər yoxdur. Camaat küçəyə çıxmır”.

Natiq Kərimovun sözlərinə görə, qəsəbədəki mağazalar da müflis olub: “Beş mağaza var, beşi də müflis olub. Mağazaya gedib bir şey alan yoxdur. Camaat küçəyə çıxmır, çünki adamları bu məhəllədən o məhəlləyə buraxmırlar”.

Onun sözlərinə görə, evlərdə axtarışlar hələ də davam edir. “Əlbəttə, gəlib yoxlamalıdırlar. Yoxlasınlar, araşdırsınlar, kimin günahı yoxdur, buraxsınlar. Buraxılanlar da var. Araşdırma gedir. Biz bunun əleyhinə deyilik. Qanunun aliliyi həll olunsun”, – deyə o, bildirib.

… “Report” isə məlumat yayıb ki, Nardaran qəsəbəsinin girişində beton plitələr düzülüb. Yalnız qəsəbəyə giriş üçün yer saxlanılıb. Hazırda Nardarana daxil olanlar yoxlanıldıqdan sonra qəsəbəyə buraxılır.”

“Azadlıq”: Əhməd Davudoğlu: “Türkiyə hər mövzuda Azərbaycanın yanındadır”

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri çərçivəsində dekabrın 3-də İlham Əliyevlə onun birgə mətbuat konfransı keçirilib.

“Davudoğlu bildirib ki, İlham Əliyevlə görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriyadakı vəziyyəti də müzakirə edib, Rusiya hərbi təyyarəsini vurmaları ilə bağlı ona məlumat verib. Davudoğlu Türkiyənin hər məsələdə Azərbaycanla birgə olduğunu diqqətə çatdırıb, TANAP layihəsinin tezləşdiriləcəyi barədə danışıb, Rusiyaya mesajlar ünvanlayıb: “Türkiyənin naziri həm də Azərbaycanın naziri kimidir. Azərbaycanın naziri də həmçinin, Türkiyənin də naziri sayılr. Türkiyə hər mövzuda Azərbaycanın yanındadır. Siyasi və iqtisadi əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. Bunu sadəcə, sözlərlə ifadə etmirik, layihələrlə möhkəmləndiririk. TANAP layihəsinin nəzərdə tutulduğu kimi 2018-də yox, daha tez başa gəlməsini istəyirik. Bu layihə ilə Bakını Asiyanın parlayan ulduzu olaraq görürəm. Bu layihədə Türkiyənin 9, Azərbaycanın 4 milyard dollarlıq yatırımı söz konusudur".

Türkiyənin baş naziri Qarabağ probleminə də toxunub.

"Qarabağ məsələsində bizim mövqeyimiz çox qətidir. Dünyada bir çox problemin çözümü sərhəd toxunulmazlığına qarşılıqlı sayğı ilə həll ounur. Ədalətli və davamlı sülh yolunda atılacaq addımları dəstəkləyəcəyimizi buradan bir daha bəyan etmək istəyirəm".

“Azadlıq”:Leyla Yunusu “ölüm həddinə” çatdırdılar

Sülh və Demokratiya İnstitutunun direktoru, 8 il yarım müddətinə azadlıqdan məhrum edilən Leyla Yunusun yaxınları xəbər veriblər ki, hazırda onun mədəsi yemək qəbul etmir, yediklərini qaytarır.

“Yaxınlarının bildirdiyinə görə, noyabrın 30-da həkim Vitt Leyla Yunusu müayinə edib və ona “sağlamlığınızın bu həddə çatdığını təsəvvür edə bilməzdim”, – deyə söyləyib.

Yaxınları əlavə edib ki, hüquq müdafiəçisinin səhhəti çox kritikdir, hətta bu vəziyyəti ölüm həddi də adlandırmaq olar: “Buna görə Leyla Yunusun səhhətinin kəskin pisləşməsi ilə bağlı müdafiə tərəfi dekabrın 7-də onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəməyə müraciət edəcək”.

Bu xəbərləri eşidən Leyla Yunusun həyat yoldaşı Arif Yunusun da səhhəti pisləşib. Onun ayaqları şişdiyindən yerimə qabiliyyətini itirib: “Bütün bunlar Leyla Yunusa görədir, o, çox fikir çəkir və bununla da təzyiqi qalxır. Onu müalicə olunmaq üçün azad etmişdilər, amma Leyla Yunusun durumu Arif bəyin səhhətini daha da pisləşdirir”.” Xəbəri Meydan TV yayıb.

“Azərbaycan”: Azərbaycanın xarici işlər naziri ATƏT DTİHB-in direktoru ilə görüşüb

“Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Maykl Link ilə görüşüb.

...Elmar Məmmədyarov Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bu il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsinin onun mandatına zidd olduğunu bildirib. O, Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılmasının onun müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu vurğulayıb.

Nazir ATƏT DTİHB-in hansı prinsip və metodologiya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb. Maykl Link Büronun bütün üzv dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirib, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.”

“Azərbaycan”: Azərbaycanda dövlət qeydiyyatına alınan radiotezlik istifadəçilərinin sayı 475-ə çatıb

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb. Dekabrın 3-nə olan məlumata görə, idarədə 475 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70-i dövlət, 335-kommersiya, 31-i xarici təşkilat və 39 istifadəçi isə fiziki şəxslərdir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin müvafiq dövründə 6774 radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 48 min 334 ədəd təşkil edir.”

“Xalq qəzeti”: Koreya Respublikasının Azərbaycandakı səfiri Fövqəladə Hallar Nazirliyində olub

“Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kim Çanq-gyu ilə görüşüb. ...Nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. ...Səfir Kim Çanq-gyu ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Koreya Respublikasının dövlət strukturlarının Azərbaycan Respublikasının müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.”

“Xalq qəzeti”: Avropalı diplomatlar Bakı Limanında olublar

“Dekabrın 3-də Avropa İttifaqına üzv dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələrindən ibarət heyət Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanına səfər edib. Görüşdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi ilə yanaşı, Avstriya, Belçika, Niderland Krallığı, Rumıniya, İsveç, Yunanıstan, Böyük Britaniya, Danimarka, Almaniya və İspaniyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak ediblər. Görüş çərçivəsində qonaqlar Bakı Limanı ilə tanış olub, limanın ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr ətrafında müzakirələr aparıb və limanın inkişaf strategiyası haqqında məlumat əldə ediblər. Bununla yanaşı, qonaqlara Bakı Limanının Şərqdən Qərbə və Şimaldan Cənuba gedən iki çox mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə tarixi İpək Yolunun canlanmasında oynayacağı roldan bəhs edilib, limanın tikinti fazaları və burada yaradılacaq Beynəlxalq Logistika və Ticarət Zonası haqqında ətraflı məlumat verilib, qonaqların və mətbuat nümayəndələrinin sualları cavablandırılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ¬yaradılıb. Hal-hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.”

“Yeni Müsavat”: Türkiyə-Azərbaycan sərhədində kütləvi dava baş verib

“Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Vilayəti sərhədindıki “Dilucu” keçid məntəqəsində iki ailənin üzvləri arasında növbə tutmaq üstündə qarşıdurma olub. Daş və dəyənəklərdən istifadə olunan dava zamanı 17 nəfər yaralanıb. Tərəfləri jandarma sakitləşdirib. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım briqadaları tərəfindən İğdır dövlət xəstəxanasında çatdırılıb. Onlardan 6-sının vəziyyətinin ağır olduğu bildirilir. Polis xəstəxanada təhlükəsizlik tədbirlərini gücləndirib.”

Bu barədə daha geniş