Günəşli yatağı: "Hələ yeni xəbər yoxdur"

Günəşli yatağındakı 10-cu dəniz özülündə baş verən yanğının söndürülməsi istiqamətində hələ də işlər gedir, Azneft İstehsalat Birliyində yaradılmış operativ qərargah məlumat verir.

Qərərgah bildirir ki, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilsə də "hələ yeni xəbər yoxdur".

Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman özüldə 63 nəfərin olduğu bildirilir.

Bu günədək 33 nəfər xilas edilib, 7 nəfərin cəsədi tapılıb, 23 nəfər itkin hesab olunur.

Həmçinin, "Neft Daşları"-da da itkin düşən 3 nəfərin də axtarışları davam etdirilir.

Energetika Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru Amos Hochstein nazir Natiq Əliyevə hadisə ilə bağlı başsağlığı məktubu göndərib və qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ABŞ-ın köməyini təklif edib.

Məlumatda bildirilir ki, Amos Hochstein “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır” deyib.

Fövqəladə Hallar Nazirliyinin bazar günü yaydığı məlumatda bildirilir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Məlumata görə, qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün FHN, SOCAR və BP şirkəti də daxil olmaqla işçi qrupu yaradılıb və ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə işlər görülür.

Dekabrın 6-da prezident İlham Əliyev qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi barədə sərəncam verib.

Bu barədə daha geniş