Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Suraxanıda köçkünlər: "Bir evdə 6 baş ailə qalır, darkeşlikdir"

Suraxanı qəsəbəsində bu həftə damı çökmüş univermağın yanında yerləşən binada illərdir ki, məcburi köçkün ailələri yaşayır.

Sakinlərin sözlərinə görə, bu bina əvvəllər yataqxana kimi fəaliyyət göstərib. 40-dan çox ailənin yaşadığı 3 mərtəbəli binada bir hamam və 3 ümumi tualet var.

Hamam üçün isti suyu təmin edən çənin dayaqları ağac gövdələri olduğundan çürüyür. Sakinlər buna görə çox narahatdır.

Onların sözlərinə görə, bir neçə ay öncə hamamın damı uçub və iki sakin həmin vaxt orda olub.

Ailələr həm də binanın qəzalı vəziyyətindən və otaqların çox dar olmasından şikayətçidir.

Ətrafl Günel Səfərin reportajında