Qarabağda atəş: ölən və yaralananlar var

Atəşkəsin pozulması nəticəsində iki sakin dünyasını dəyişib, 7 nəfər yaralanıb
Image caption Atəşkəsin pozulması nəticəsində iki sakin dünyasını dəyişib, 7 nəfər yaralanıb

Aprelin 28-nə keçən gecə atəşkəsin pozulması nəticəsində yaralanalardan biri xəstəxanada dünyasını dəyişdiyindən ölənlərin sayı 2-yə çatıb, 7 nəfər yaralanıb, jurnalist Seymur Kazımov BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, Çəmənli kənd sakini Əli Hüseynov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib, onun həmkəndlisi Famil Mustafayev isə hadisə yerində dünyasını dəyişib.

Yaralılardan altısı rayonun Çəmənli, digər bir yaralı isə Hacıməmmədli kənd sakinidir. "Ölən və yaralananlar kişilərdir", Seymur Kazımov əlavə edir.

Ağdam rayon sakini Valeh Məmmədovun sözlərinə görə, kənd sakinləri yolda getdikləri zaman mərmi onların yaxınlığına düşüb. Qəlpə yarası alan sakinlərdən biri hadisə yerində dünyasını dəyişib, digər yaralılar isə təcili rayon xəstəxanasına aparılıb.

Azərbaycan Müdafiə Nazirliyin məlumatına əsasən, Ermənistan tərəfi "yaşayış məntəqələrini hədəfə alıb" və sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub, Azərbaycan tərəfi isə 121 dəfə atəş zərbəsi endirib.

Dağlıq Qarabağ “Müdafiə Nazirliyi”nin məlumatına əsasən, aprelin 28-nə keçən gecə təmas xəttində vəziyyət “nisbətən sakit” olub.

Image caption Erməni tərəfi "yaşayış məntəqələrini hədəfə alıb", Azərbaycan Müdafiə Nazirliyi bildirir

Tərtərin Qazyan və Qapanlı kəndlərində aprel ayının 1-dən etibarən dərslər dayandırılıb, hazırda rayonda olan jurnalist Seymur Kazımov BBC Azərbaycancaya bildirib.

"Valideynlər deyir ki, uşaqları məktəbə göndərməyə qorxurlar. Atışmalar intensiv hal alandan sonra əksər uşaq kənddən çıxarılıb. Müəllimlər də məktəbə getməkdən ehtiyat edirlər", jurnalist məktəblərin rəsmi qərara əsasən deyil, əhalinin ehtiyat etməsi səbəbindən bağlandığını deyir.

Image caption Cəbhə xəttində atışma gecə yarısına qədər davam edib

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, aprelin 27-si axşam saatlarından başlayaraq gecə saat 4:00-a qədər erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfi zn "ancaq hərbi obyektlərin"ə adekvat cavab zərbələri endirib, məlumatda deyilir.

Image caption Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır

Eyni zamanda Azərbaycan tərəfindən erməni tərəfinə, xüsusən təmas xəttinin şərq, şimal və şimal-şərq hissəsindən, “tanklar, müxtəlif çaplı minaatan, qumbaraatan və toplardan, TR-107 və MM-21 (“Qrad”) tipli reaktiv-raket sistemlərindən erməni "Müdafiə Ordusu"nun döyüş mövqeləri istiqamətində 240 mərmi” atıldığı, Madaqiz yaşayış məntəqəsinin “Qrad” tipli sistemdən atəşə tutulduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində 23 insident qeydə alındığını bildirir.

Bu barədə daha geniş