Avropa Məhkəməsi: Leyla və Arif Yunus həbsdə "alçaldıcı rəftara" məruz qalıb

Leyla, Arif Yunus Fotonun müəllifi Getty
Image caption Ali məhkəmə onların ölkədən çıxması haqqında qərar verəndən sonra Leyla və Arif Yunus Niderlanda uçublar

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) çıxardığı qərara görə, Leyla və Arif Yunus həbsdə ikən "qeyri-insani və alçaldıcı rəftara" məruz qalıb.

Qərara görə, Azərbaycan hökuməti ziyanın dəyərini ödəmək üçün onların hərəsinə 13 000 avro verməlidir, bundan savayı məhkəmə xərclərinə görə cütlüyə 4 000 avro ödəməlidir.

AİHM qərarına əsasən Azərbaycan dövləti Yunuslara həbsdə lazımi tibbi yardım göstərildiyini sübut edə bilməyib.

Məhkəmə "yekdilliklə" qərar verib ki, Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü (fərdi şikayətlər) və 3-cü (işgəncələrin qadağan olunması) maddələri pozulub.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs olunub. 2015-ci ildə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

2015-ci ilin sonunda isə onlar barəsində hökm beş il müddətinə şərti cəza ilə əvəzlənib. Bu ilin aprel ayında Ali məhkəmə onların ölkədən çıxması haqqında qərar verib və cütlük həmin gün Niderlanda uçublar.

Bu barədə daha geniş