Quru sərhədlərində viza "baha başa gələ bilər"

Azərbaycanda sadələşdirilmiş viza yalınız beynəlxalq statuslu hava limanlarında verilir
Image caption Azərbaycanda sadələşdirilmiş viza yalınız beynəlxalq statuslu hava limanlarında verilir

Azərbaycanda sadələşdirilmiş vizanın tətbiq olunması yalnız ölkənin beynəlxalq statuslu hava limanlarında həyata keçirilir, quru sərhədlərində belə bir xidmət yoxdur, BBC Azərbaycancaya danışan Azərbaycan Xairici İşlər nazirliyi sözçüsü deyib.

"Bu günlərdə "Asan viza" xidməti viza verilməsinin operativliyini və effektivliyini artırmağı nəzərdə tutur. Mahiyyət etibarilə proses müsbətə doğru daha da təkmiləşdiriləcəkdir", qurum rəsmisi əlavə edib.

Turizm üzrə mütəxəssislər isə ümid edir ki, gələcəkdə işə düşəcək "ASAN Viza" xidməti sərhəddə sadələşdirlmiş viza almaq çətinliyini də həll edəcək.

Hazırda sadələşdirilmiş viza rejimi Türkiyə, İsrail, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Yaponiya, Çin, Cənubi Koreya, Malaziya və Sinqapur vətəndaşlarına tətbiq olunur.

ASAN Viza

Azərbaycan Turizm Assosasiya sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, sərhəd xidmətində sadələşdirilmiş viza rejiminin tətbiqi əlavə maddi təminat tələb edir.

"Hava limanlarında bu vizanın verilməsini həyata keçirənlər Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır. Əgər eyni proseduru sərhəddə də etmək lazım gələrsə onda gərək əməkdaşlar artırılsın", deyə təşkilat nümayəndəsi bu məsələnin həlli üçün "ASAN Viza" xidmətinin işə düşməsini gözləməyi məqsədəuyğun sayır.

Bu arada, yalnız Azərbaycanın beynəlxalq statuslu hava limanlarında verilən sadələşdirilmiş viza üçün nəzərdə tutulan ərizə-anket formasında texniki dəyişikliklər edilib.

"Yeni ərizə-anket formasında məlumatların əhatəliliyi və daha yığcamlığı ... təmin olunub. Amma bu viza verilən ölkələrin sayı dəyişməyib və siyahı qüvvədə qalır", qurum sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib.

O əlavə edib ki, prezident Əliyevin imzaladığı fərman əsasında hazırda XİN və ASAN xidmət mütəxəssisləri arasında elektron vizaların verilməsi qaydasını sadələşdirlməsi üzərində işlər aparılır.

"ASAN Viza" xidmətində viza üçün elektron müraciət olunmasını və vizanın üç iş günü müddətində verilməsi nəzərdə tutulur. Hazırlanan elektron viza müraciət edən şəxsin elektron ünvanına göndəriləcək.

Bu barədə daha geniş