Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayıb

Bundan əvvəl 2014-cü ildə Soçidə Prezident Putinin dəvətilə görüş keçirilib Fotonun müəllifi president.az
Image caption Bundan əvvəl 2014-cü ildə Soçidə Prezident Putinin dəvətilə görüş keçirilib

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair özlərinin müntəzəm əlaqə qurmasının əhəmiyyətini qeyd edib və ATƏT-in Minsk qrupunun işinə əlavə olaraq danışıqları bu formatda davam etdirmək barədə razılığa gəliblər, Rusiya Prezindent Administrasiyası saytı yazır.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sank-Peterburqda keçirdiyi üçtərəfli görüşdən sonra yaydığı bəyanatda deyilir ki, prezidentər həmçinin münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması haqda razılığa gəliblər.

Üçtərəfli görüş jurnalistlərin iştirakı olmadan keçirilib. Görüşdən əvvəl isə Rusiya prezidenti Valadimir Putin hər iki ölkə başçıları ilə ayrı-ayrılıqda görüşüb.

Bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan prezidentləri mayın 16-sı baş tutan Vyana sammitində tərəflər arasındakı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi və sülh danışıqları prosesinin davam etməsinə dair danışıqlarda irəliləyiş olmasını təsdiqləyiblər.

"Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün şərait yaradacaq bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunmasını qeyd ediblər", bəyanatda deyilir.

Həmçinin oxuyun:

"Bizim Qarabağ haqqında mövqeyimizi hamı bilir: biz istəyirik ki, bu məsələ yalnız sülh ilə həll olunsun", AFP Serj Sarkisyandan sitat gətirir. "Təəssüflər olsun ki, bu cür münaqişələr təkcə bir tərəfin istəyilə həll oluna bilməz".

Cənab Əliyev isə Putin ilə görüşdə "status kvonun qəbuledilməz olduğunu" deyib. "Status kvonu dəyişmək üçün biz Azərbaycan ərazilərinin işğalına son qoymalıyıq", AFP Azərbaycan prezidentindən sitat gətirir.

Yuri Uşakov qeyd edib ki, Rusiya prezidentlər arasında görüşü təşkil etməklə "vasitəçi kimi missiyasını davam etdirir".

Prezident Sarkisyan və Əliyev arasındakı bugünkü görüş inam yaradır, etibarı sürətləndirir və Dağlıq Qarabağ münaqişəsinin sülh ilə rəsmi həlli üçün şərait yaradacaq, ATƏT-in Minsk qrupunun həmsədri, James Warlick öz rəsmi Twitter səhifəsində yazıb.

Aprel ayında Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov jurnalistlərə açıqlamasında demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların yenidən başlanması üçün hesab edir ki, Azərbaycan tərəfi “3 önəmli şərt” yerinə yetirməlidir.

“İlk növbədə etimad yaratmaq tədbirləri və sərhəd insidentlərinin araşdırılması mexanizmləri tətbiq edilməli, ikinci addım - dünya birliyi tərəfindən münaqişə bölgəsində vəziyyətə dair ünvanlı bəyanatlar verməsi təmin olunmalı və üç nömrəli addım – Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı yeni təcavüz və təxribatlar törətməyəcəyinə dair qarantiyalar verilməlidir”, - aprelin 28-i axşamı hakim Respublikaçılar Partiyasının mətbuat katibi, Eduard Şarmazanov deyib.

Bundan əvvəl İlham Əliyev və Serj Sarkisyan may ayında Avstriya paytaxtı Vyanada görüşüb.

Bu barədə daha geniş