Konstitusiyaya niyə dəyişiklik edilir?

Prezident Əliyev Konstitusiyaya əlavə və dəyişilikləri nəzərdə tutan layihəni Konstitusiya məhkəməsinə təqdim etməklə bağlı sərəncam imzalayıb Fotonun müəllifi Other
Image caption Prezident Əliyev Konstitusiyaya əlavə və dəyişilikləri nəzərdə tutan layihəni Konstitusiya məhkəməsinə təqdim etməklə bağlı sərəncam imzalayıb

Bəzi siyasi təhlilçilər Azərbaycan Konstitusiyasına edilməli olan dəyişikliklərlə bağlı təklifin hakim ailənin "hökmranlığını uzatmağa" hesablandığını, digərləri isə dövlətin "inkişafındakı yeniliklərin tələbi" kimi ortaya çıxdığını deyir.

Prezident Əliyev iyulun 18-də, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsini rəy almaq üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb.

Bundan bir həftə keçmiş Konstitusiya Məhkəməsi bu referendumun keçirilməsinə müsbət rəy verib.

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Sənəddə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.

Bundan əlavə olaraq, prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edir. Lakin hazırda qüvvədə olan Konstitutsiyaya əsasən prezidentin səlahiyyətləri baş nazirə keçir və onun təyinatı parlament tərəfindən təsdiq edilir.

"Səmərəsiz"

Image caption Zərdüşt Əlizadə düşünür ki, Konstitusiyaya əlavə ediləcək və dəyişiləcək maddələrin idarəetməyə heç bir əhəmiyyəti yoxdur

Siyasi şərhçi Zərdüşt Əlizadə düşünür ki, Konstitusiyaya edilən əlavə və dəyişiliklər "Əliyevlər ailəsinin hökmranlığının uzadılması məqsədini güdür" və əlavə edir ki, bu təklif onun üçün "əsla qəribə deyil".

"Əliyev hakim zümrəsinin Konstitusiyaya salmaq istədiyi bu saxta maddələrin - illərin uzadılması və yaş məhdudiyyəti- idarəetməyə heç bir əhəmiyyəti yoxdur. Çünki quru sözlər səmərəsiz olur. Azərbaycanı idarə edə bilmir, xalqın tələblərinə cavab verə bilmir", siyasi təhlilçi deyir.

Onun fikrinə görə bu cür təkliflər Azərbaycan xalqını "addım-addım Vətənin müqəddəratını təyinatı məsələsindən uzaqlaşdırır".

"Azərbaycan son 25 ildə hədsiz bir tənəzzül yolu gedib. Sənayesini, elmini, ixtisasını, torpağını, hər şeyini itirib. Bunların bir məqsədi var ki, nə qədər neft qurtarmayıb hakimiyyəti əllərində saxlasınlar və bu pulları öz şəxsi hesablarına keçirsinlər."

Gənc idarəetmə

Fotonun müəllifi Aydin Mirzazade
Image caption Millət vəkili düşünür ki, prezidentin səlahiyyət müddətinin artırılması prezidentin strateji inkişaf məsələlərini həll etməsi ilə bağlıdır

Millət vəkili Aydın Mirzəzadəyə görə Konstitusiyaya edilən dəyişiklik təklifinin prezidentin "mövqeyini möhkəmləndirməsinə hesablanması iddiası ilə razılaşmır və "prezident onsuz da güclüdür" deyir.

"Onun siyasəti, reytinqi güclüdür. Əlavə nə isə etməyə prezident Əliyev üçün ehtiyac yoxdur. Onun hər seçkidə namizədliyini verməsi kifayətdir ki, böyük səslə qələbə qazansın", deyə millət vəkili dəyişikliklərin "Azərbaycan dövlətçiliyinin inkişafındakı yenilikləri zəruri" etməsi fikrindədir.

Onun fikrinə görə, prezidentin səlahiyyət müddətinin artırılması dövlət başçısının cari məsələlərlə yanaşı strateji inkişaf məsələlərini də həll etməsi ilə bağlıdır.

"Təcrübə göstərir ki, bir qayda olaraq 5 il seçilmiş şəxsin özünün proqramının həyata keçirilməsi üçün yetərli deyil. 7 il isə kifayət edir ki, seçicidən mandat alan və dövlət idarə edən şəxs elan etdiyi, dəstək verdiyi proqramı və starteji məsələləri həll etmək üçün ehtiyatında kifayət qədər zaman var", o qeyd edir.

Cənab Mirzəzadənin qənaətinə görə, yaş senzinin aradan qaldırılması bilik və təcrübəsi ilə cəmiyyətdə tanınan, potensialından istifadə olunmasını zəruri edən gənclərin idarəetməyə cəlbi ilə bağlıdır.

Vitse-prezidentlik postunun yaradılmasına gəlincə millət vəkili deyir ki, ayrı-ayrı sahələrin vitse-prezident səviyyəsində nəzarətə götürülməsi idarəetmə mexanizmini daha yaxşı və çevik idarətməsi cəhətdən "vacibdir".

"Yəni vitse–prezidentin hər biri konkret bir sahəyə baxacaq. Artıq bir başa prezidentdən tapşırıq alaraq bir neçə istiqamətə rəhbərlik edən kifayət qədər yüksək vəzifəli şəxslər korpusu yarana biləcək", deputat vurğulayır.

Bu barədə daha geniş