Azərbaycanda külək dəyirmanları ilə savaşmaq

Fotonun müəllifi chaikhana
Image caption Nigar Köçərli təəsüf edir ki, Sovet dövründəki ədəbiyyat təbliğatına baxmayaraq, Azərbaycanda kitab almaq ənənəsi zəifdir.

Satirik mövzuda yazılmış Don Kixot əsərinin qəhrəmanı bütün ölkəni gəzir və bihudə şəkildə külək dəyirmanları ilə döyüşür.

15 il əvvəl 600 $ ilə biznesə başlayıb, hal-hazırda 20 Əli və Nino mağazasının sahibi olan Nigar Köçərlidən dostları tez-tez soruşur ki, niyə o da başqaları kimi sakitcə öz işini qurmaq yerinə, əbəs yerə haqsızlıq olan yerdə haqlı və ədalətli biznes fəaliyyəti ilə məşqul olmağa çalışır.

Chai Khana layihəsi və BBC Azərbaycancanın iş adamı ilə bağlı yazısı.

Geofizik və mühəndis ailəsində dünyaya göz açan Nigar, alim olmaq üçün böyüdülmüşdü. Azərbaycan ailələri hələ də inanır ki, “qadın nə qədər qazansa da ər çörəyi yemək” daha şirindir.

Bu cəhətdən Nigarın bəxti gətirmişdi, onun ailəsi Nigara “yaxşı ər tap, ərə get ondan sonra iş barədə düşünərsən” düşüncələrini aşılamırdı. Ona öz pulunu qazanmağın vacibliyi öyrədilirdi.

Nigarın dinlədiyim ilk ictimai çıxışında o, auditoriya qarşısında bildirmişdi ki, karyerası üçün 3 əsas problem var. Birincisi, o, Azərbaycanda biznes qurur. İkincisi, o, Azərbaycanda biznes qurmağa çalışan qadındır. Üçüncüsü isə o, kitab satışı ilə məşğuldur, lakin ölkədə kitab oxuyan azdır.

Gecə rahat yatmaq üçün nə etməli

Fotonun müəllifi chaikhana

Nigar özünün risk altında fəaliyyət göstərdiyini deyir. O deyir ki, burada özünü təhlükəsiz hiss etmir, çünki hakimiyyət onun tərəfində deyil.

Doğrudan da, hesabatlara görə, müflislik əleyhinə zəif qanunlar da daxil olmaqla, riskə qarşı minimal müdafiə Azərbaycanda biznesə başlamağa əngəl yaradan amillərdən biridir.

Lakin həyatı çətinləşdirən yazılmamış qanunlar da var.

Bir neçə il əvvəl Nigar rüşvət verməmək qərarına gəlir. Çoxları ona məsləhət görür ki, gecələr rahat yatmaq istəyirsə, sakitcə rüşvətini versin.

Lakin o, cavabında rüşvət verməyin ona rahatlıq gətirməyəcəyini deyir.

Fotonun müəllifi chaikhana

Keçən il korrupsiyaya son qoymaq üçün bir sıra islahatlar edilməyə başladı ki, bu da öz növbəsində kiçik biznes sahiblərinə təsir etdi.

Nigara olunan təzyiq isə hələ də davam edir. Onun ofisindən seyf oğurlananda polislərin cinayətə laqeyd yanaşmağı, Nigarı prezident aparatına şikayət etməyə vadar etdi.

Şikayətdən sonra o, məsələni müzakirə etmək üçün polisə çağırılır. Burada isə o, təhdid edilir və onunla aqressiv davranılır.

*Daxili İşlər Nazirliyinin sözçüsü bu məlumatın "tamamilə yalan" olduğunu iddia edib, Yeni Müsavat qəzeti yazıb.

Kişilərin dünyası. Cəmi 3%

Fotonun müəllifi chaikhana

Dünya bankının hesabatlarında bildirilir ki, Azərbaycanda sahibkar qadınların ümümi göstəricisi 3% təşkil edir. Qonşu Gürcüstanda bu göstərici 18% -dır.

Nigarın fikrincə bu şişirdilmiş rəqəmdir. 2012-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə rəyi soruşulanların 77%-i hesab edir ki, kişilər qadınlardan daha yaxşı sahibkardır.

Doğrudan da, sahibkarlıq üçün daha xarakterik olan bəzi göstəricilər (özünə əminlik, stereotipləri qırmaq) daha çox itaətkar, utancaq olan ənənəvi Azərbaycan qadınına yaddır.

Nigar ətrafında olan qadınlarda liderlik xüsusiyyətinin olduğunu deyir. O, istedadlı və ən əsası “mübariz” qadınların əhatəsində böyüyüb.

Lakin, heç kimə sirr deyil ki, Azərbaycanda qadın sahibkar olmaq, hər gün döyüşmək deməkdir.

Fotonun müəllifi chaikhana

Televiziya aparıcıları ondan efirdə mahnı oxumağı xahiş edir və efir zamanı ona verilən suallar o qədər bəsit olur ki, atası televizoru söndürür və qızı gələnə qədər evi tərk edir.

Nigarın buna cavabı isə belədir: əgər o öz düşüncələrinə ciddi yanaşırsa, bu onu niyə narahat etməlidir?

Kişilərin Nigarın cəmiyyətdəki aktiv ictimai roluna olan münasibəti aqressiyadan çox kinayəli mülahizələrdən ibarətdir.

Kişilərin bir çoxu güman edir ki, Nigarın arxasında “dayısı”, ya da onun biznesini maliyələşdirən “sponsoru” var.

Bakıda kitab satan...

Fotonun müəllifi chaikhana

Nigarın qarşılaşdığı üçüncü problem isə məhv olmuş bazarda necə qazanc əldə etməkdir.

Son 6 ayın nəticələrinə görə Azərbaycanda kitab oxuyan əhali 52 faiz təşkil edir ki, onun da əksəriyyəti 35 yaşdan aşağı gənclərdir.

Nigar təəsüf edir ki, Sovet dövründəki ədəbiyyat təbliğatına baxmayaraq, Azərbaycanda kitab almaq ənənəsi zəifdir.

Fotonun müəllifi chaikhana

Azərbaycanlıların çoxu kitabların onlara hədiyyə edilməsini gözləyir.

“Əli və Nino” ölkənin ikinci böyük şəhəri Gəncədə kitab festivalı keçirəndə, yerli əhaliyə festivalın əsas ideyasını başa salmaq olduqca çətin oldu.

Boşluğu doldurmaq

Sovet təhsil sisteminin bir ənənəsi kimi, hal-hazırda oğlanlar qədər, qızlar da Azərbaycan universitetlərində təhsil alır.

Lakin Nigar və onun həmfikirlərini narahat edən məsələ gənc qızların təhsil və biznesdə aktiv rol almaq istəyini öldürən ictimai stereotiplərdir.

Fotonun müəllifi chaikhana

Lakin, qadınların öz biznesini qurmağa həvəsləndirilməsi və qeyri-neft sənayesində onlara dəstəyin verilməsi, qadınlara qarşı düşüncələrin dəyişməsində mühüm rol oynayacaq.

Nigarın sözlərinə görə, ona çox vaxt “dəli” deyirlər və “dəlilik” istənilən yerdə sahibkarda olmalı olan xüsusiyyətlərdəndir.

Lakin Azərbaycanda çox az qadın və ya kişi külək dəyirmanları ilə savaşda əsəb hüceyrələrini sərf etmək istəyir.

Fotonun müəllifi chaikhana

Həmçinin oxuyun: İngiltərədə kitab dükanları, Əli və Nino və Elman dayı

Bu barədə daha geniş