ReAL üzvlərinə 7 sutka həbs verilib

Fotonun müəllifi Real

ReAl hərəkatının üzvü Toğrul İsmayılov İnzibati Xətalar Məcəlləsinin polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham olunaraq 7 sutka həbs cəzası alıb, hərəkatın idarə heyətinin üzvü Rəsul Cəfərov BBC Azərbaycancaya deyib.

Rəsul Cəfərovun sözlərinə görə, saxlanan digər hərəkat üzvü, Elşən Qasımova qarşı irəli sürülən ittiham maddəsi hələ açıqlanmır və onun məhkəməsinin gün ərzində keçiriləcəyi gözlənilir.

"Onlar ikisi də məhkəmənin içindədir. Toğrula siqaret ötürdük, onu onda gördüm. Elşəni də digər dostlarımız məhkəmənin girişində, içəridə gördülər. Hər ikisi deyir ki, hər şey qaydasındadır", cənab Cəfərov bildirir.

Səbail Rayon Məhkəməsində Respublikaçı Alternativ (ReAl) hərəkatının üzvləri Toğrul İsmayıl və Elşən Qasımova 7 sutka həbs cəzası verilib.

"Məhkəmə vəkil Elçin Sadıqovun iştirakı olmadan keçirilib. Buna görə də üzvlərin nədə ittiham olunduğunu bilmirik", hərəkatın idarə heyətinin üzvü Rəsul Cəfərov bir saata yaxındır məhkəmənin qərarını gözlədiyini deyir.

Vəkil Elçin Sadıqov deyir ki, gəncləri bu səhər məhkəməyə aparıblar.

"Dünən onlar 9-cu bölmədə saxlanıblar, ancaq orda saxlanılmasını bizdən gizlədiblər", vəkil gənclərin saxlanılma səbəblərini məhkəmədə bəlli olcağını bildirir.

Bazar ertəsi ReAl Hərəkatın idarə heyətinin üzvləri Azər Qasımov və Rəsul Cəfərov bildiriblər ki, Toğrul İsmayıl və Elşən Qasımov bir müddət telefon zənglərinə cavab verməyiblər.

"Elşənin anası bizimlə əlaqə saxlayıb bildirdi ki, onu [Elşəni] nişanlısının yanında saxlayıb aparıblar".

Rəsul Cəfərov Səbail Polis İdarəsindən ReAL-çıların 9-cu polis bölməsində olduğu barədə məlumat aldığını bildirib.

İki gün öncə ReAL-ın İcra Katibi Natiq Cəfərli Nəsimi rayon məhkəməsində axşam keçirilən iclasdan sonra qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdıqda maddələri ilə ittiham olunaraq 4 ay müddətinə həbs edilib.

ReAL hərəkatının icra katibi Natiq Cəfərlinin həbsindən apellyasiya şikayəti verilib, onun vəkili Cavad Cavadov BBC Azərbaycancaya deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş