Rio 2016: Azərbaycan 4-cü medalı kayak yarışlarında qazanıb

Fotonun müəllifi Getty
Image caption İnna Osipenko-Radomskaya nəticəsindən razı olduğunu bildirib

Azərbaycan Rio Olimpiadasında dördüncü medalını qazanıb. Növbəti bürünc medalı kayak yarışlarında Azərbaycanı təmsil edən İnna Osipenko-Rodomska əldə edib.

34 yaşlı Osipenko-Rodomska bir nəfərlik kayak qayığı ilə 200 metr məsafədə ən güclü 8 idmançı ilə birlikdə medal üçün yarışıb, APA Sport xəbər verir.

Əvvəllər Ukraynanı təmsil etmiş azərbaycanlı idmançı liderdən 0,537 saniyə geri qalaraq üçüncü yerə çıxıb və beləliklə Azərbaycanın ikinci bürünc, ümumilikdə isə dördüncü medalını qazanıb.

Yürüşün qalibi Yeni Zelandiyadan Lisa Carrington olub.

Kayakçı bir nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Yarış avqustun 17-də start götürəcək.

İnna Osipenko-Rodomska Ukrayna yığmasının heyətində Afina 2004 Olimpia Oyunlarında bürünc, Pekin 2008-də qızıl, London 2012-də isə iki gümüş medal qazanıb.

Rio 2016-da çıxış edən Azərbaycan yığması indiyədək iki gümüş, iki bürünc medal qazanıb.

Cüdo yarışlarında Rüstəm Orucov Elmar Qasımov yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanıblar.

Yunan-Roma güləşində Azərbaycanı təmsil edən Sabah Şəriəti isə bürünc mükavat uğrunda yarışın qalibi olub.

Hazırda Azərbaycan medallar cədvəlində 51-ci yerdə qərarlaşıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş