Bağlanmış 4 bankın müştərilərinə "kompensasiya ödənilir"

Fotonun müəllifi Reuters
Image caption ƏSF müştərilərə ümumilikdə 4 bank üzrə 56,4 milyon manatdan artıq kompensasiyanın ödənildiyini bildirir.

“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb, Azərbayan Əmanətlərin Sığortalanması (ƏSF) Fondu bildirir.

Sığortalanmış əmanətlərin ödənilməsini təmin edən qurumun şənbə günü yaydığı açıqlamasında deyilir ki, kompensasiyanın ödənilməsinə avqustun əvvəlindən başlanıb.

Məlumata əsasən kompensasiyalar “Dekabank”, “Kredobank”, “Zaminbank” və “Parabank”ın əmanətçilərinə ödənilib.

Fond bildirir ki, siğortalanan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12, xarici valyuta üzrə isə 3 faiz təşkil edir.

“2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək”, bankın açıqlamasında qeyd olunur.

Limit və məhdidiyyətlər

Bu arada ödənişlərə aylıq limit və digər məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.

Mövcud Mülki Məcəlləyə görə, əmanətlər məhdudiyyət olmadan qaytarılmalıdır, bundan əlavə, əmanətlər hansı valyutada qoyulubsa onunla da qaytarılmalıdır, maliyyə eksperti, Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov Turan agentliyinə bildirib.

Onun sözlərinə görə bu baxımdan əmanətlərin müştərilərlə razılaşdırılmış məzənnə ilə bir valyutadan digərinə konvertasiyasını nəzərdə tutan qanunvericiliyin pozulmasıdır.

“Yəni, müştərilərə pullar hissə-hissə qaytarıldığı halda normal rejim barədə bəyanatlar vəziyyətlə uyğun gəlmir”.

ƏSF müştərilərə ümumilikdə 4 bank üzrə 56,4 milyon manatdan artıq kompensasiyanın ödənildiyini bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş