Linklərin yerləşdirilməsi

bbcazeri.com üçün linklər necə seçilir?

BBC Online saytlarında həm daxili (BBC), həm də xarici (qeyri-BBC) vebsaytlara linklər mövcuddur. Biz mövzuya aidiyyatı olan və auditoriyamız üçün müvaviq linkləri seçərək saytlarımızda yerləşdiririk.

Bu linklər bir çox səbəblərdən yerləşdirilir:

əlavə məlumat və digər mənbənin materialı üçün

tarixi məlumat üçün

faydalı praktiki məlumat üçün

əyləncə üçün

əlavə şərh üçün

Biz xarici saytların linklərini pul, xidmət və buna bənzər vasitələr müqabilində yerləşdirmirik.

Biz saytların linklərini yalnız redaksiya xüsusiyyətlərinə görə yerləşdiririk. Əksər hallarda onlara giriş pulsuzdur, amma həmin saytlar bəzi hallarda istifadəçilərdən qeydiyyatdan keçmələrini və abunə olmalarını tələb edə bilərlər.

bbcazeri.com vebsaytının komandası linkləri və veb saytları redaksiya uyğunluğuna əsasən seçir və qiymətləndirir.

Xarici vebsaytlara linklər

Xarici linklər səhifə çapa verilməzdən öncə seçilir və yoxlanır. Ancaq BBC xarici saytların məzmununa görə məsuliyyət daşımır.

Çünki:

BBC həmin səhifələri yaratmır və yeniləmir

BBC onları dəyişə bilməz

BBC-nin məlumatı və razılığı olmadan onlar dəyişə bilərlər

Saytımızdakı bəzi xarici linklər onlayn alqı-satqı kimi kommersiya xidmətləri də təklif edən vebsaytlara açıla bilər.

bbcazeri.com saytından xarici sayta linkin daxil edilməsi həmin vebsaytın, yaxud onun sahibinin (və ya onların məhsul və xidmətlərinin) dəstəklənməsi kimi başa düşülməməlidir.