Makedoniyada yağışlar: azı 20 nəfər ölüb

Fotonun müəllifi EPA

Makedoniyanın paytaxtı Skopyedə qasırğanın gətirdiyi daşqınlar azı 20 nəfərin həyatına son qoyub.

6 nəfər hələlik axtarışdadır, rəsmilər deyir.

Ölənlərin bəziləri avtomobillərində boğulub.

Fotonun müəllifi EPA

Skopyeyə 93 mm yağış yağıb. Bu, avqust üçün nəzərdə tutulan yağışların həcmindən 2 dəfə çoxdur.

"Fəlakətdir. Heç belə bir şey yaşamamışıq", şəhərin meri Kove Trajanovski bildirib.

Yerli media yazır ki, 65 dəfə təcili tibbi yardım çağırılıb, 20 nəfərdən çox insan xəstəxanalara aparılıb.

Fotonun müəllifi EPA

Həmçinin torpaq sürüşməsinə görə ölkənin şimal-şərqindəki 3 kənddə kommunikasiya xətləri kəsilib.

Yağışlar bugün də davam edəcək.