Rio 2016: Usain Bolt 3-cü qızıl medalını qazanıb

Fotonun müəllifi AP

Yamaykalı sprinter Usain Bolt Rioda 3-cü və idman karyerasında 9-cü olimpiya qızıl medalına sahib olub

Son yarışda məşhur idmançı 4x100 metr məsafəyə estafet qaçışında rəqiblərini üstələməyə müvəffəq olub. Bolt qaçışın sonuncu mərhələsində çıxış edib.

Beləliklə sprintetin təmsil etdiyi Yamayka komandası ardıcıl olaraq sayca 3-cü finalda qələbə qazanır.

Yarışlarda ikinci yerə Yaponiya idmançıları layiq görülüb. Finiş xəttinə üçüncü çatan Kanada idmançıları olub.

Bundan bir gün əvvəl Usain Bolt 200 metr məsafədə qalib gələrək qızıl medala sahib olub.

Hazırda o, yüngül atletika sahəsində olimpiya qızıl medallarının sayına görə 3-cü yeri tutur.

Yamaykalı atlet Rio Olimpiadasından sonra idmanla vidalaşmaq niyyətində olduğunu deyib.