Yaponiyada Pokemon Go oynayan sürücü piyada qadını öldürüb

Şəklin mənbəyi, Getty Images
Çox məşhur olan oyunda istifadəçilər virtual yırtıcıları yaxalamağa çalışırlar
Yaponiyada sükan arxasında Pokemon Go oynayan sürücü qadını vuraraq öldürüb, polis bildirir.
39 yaşlı kişi çərşənbə axşamı Tokuşima şəhərində iki piyadanı vurub. Qadınlardan ikincisi ciddi xəsarət alıb.
Həbs edilmiş sürücünün polisə bildirdiyinə görə, o, yola diqqətlə baxmayıb.
Polisin bildirdiyinə görə bu, Yaponiyada məşhur olan Pokemon Go oyunu ilə bağlı ilk bədbəxt hadisədir.
Pokemon Go yarıcısı Niantic "həlak olmuş şəxsin ailəsinə dərin başsağlığı" verib, media xəbər verir.
Bu smartfon oyunu istifadəçinin avtomobil idarə edə biləcəyini müəyyənləşdirdiyi zaman xəbərdarlıq edir.
Oyun bu ilin iyul ayında istifadəyə verildikdən sonra dünyanın müxtəlif yerlərində ictimai yerlər telefonlarında virtual yırtıcıları axtaranlarla çoxalıb.
Həmçinin oxuyun: Pokemon Go haqqında bilməli olduğumuz hər şey