İD videosunda oğlanlar “kürdləri qətlə yetirir”

İD bayrağı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

İD öz təbliğatında uşaqlardan istifadə edir

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın yaydığı videoda 5 oğlan Suriyada ələ keçirildiyi deyilən kürd döyüşçülərini qətlə yetirirlər.

Görüntüdəki oğlanlardan birinin britaniyalı olduğu bildirilir. Britaniyanın Xarici İşlər Nazirliyi bu barədə iddianı şərh etməyib.

Uşaqlar təxminən 10-13 yaşlarındadır.

Videodakı oğlanlar hərbi formadadırlar. Onların qətlə yetirdiyi şəxslərə isə narıncı kombinezonlar geyindirilib.

Əbu əl-Bara əl-Тunisi kimi təqdim edilən oğlanlardan biri kürdlərə üz tutaraq daha çox qanın axıdılacağını vəd edir. O, kürdlərlə əsl döyüşün hələ başlanmadığını deyir.

Videodakı digər oğlanların adı da müxtəlif ölkələrin adı ilə əlaqəlidir: Əbu İshaq əl-Misri, Əbu Abdulla əl-Britani, Əbu Fuad əl-Kürdi və Yusif əl-Özbəki.

İD qruplaşmasının təbliğat kampaniyasında tez-tez uşaqlardan istifadə olunur. Onlar cihadçıların növbəti nəsli kimi təqdim olunur.