Avropada miqrant böhranı: Almaniyaya "300 minə yaxın miqrantın" gələcəyi gözlənilir

Şəklin mənbəyi, AP
Ötən il miqrantların kütləvi axını zamanı yüz minlərlə insan Almaniyada sığınacaq üçün müraciət edib
Almaniya bu ilin sonuna kimi daha "300 minə yaxın miqrantı"n gələcəyi gözlənilir, Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsi bildirib.
Frank-Juergen Weise "Bild am Sonntag" qəzetinə bildirib ki, əgər bundan çox insan gələrsə onları yerləşdirmək çətin olar.
Lakin o qeyd edib ki, o yeni gələnlərin sayının təxminlərə uyğun olacağına əmindir.
Ötən il Almaniyaya Yaxın Şərq, Əfqanıstan və Afrikadan bir milyondan çox miqrant gəlib.
Almaniyanın daxili işlər naziri bildirib ki, bu ilin 6 ayı ərzində 390 mindən çox insan sığınacaq üçün müraciət edib, lakin ölkəyə ötən il nə qədər miqrantın gəldiyi bəlli deyil.
Cənab Weise deyir ki, Almaniyaya əmək bazarının imkan verdiyi qədər miqrant qəbul edilməlidir.
Hərçənd o istisna etmir ki, miqrantların Almaniya cəmiyyətinə qaynayıb-qarışması "uzunmüddətli və bahalı" prosesdir.

Şəklin mənbəyi, AP
Şənbə günü bir qrup Berlinin Brandenburg darvazasına iri banner asıb. Onlar şüar vasitəsilə Almaniyanın "islamlaşdırılması" kimi hesab etdikləri immiqrasiyaya etiraz nümayiş etdiriblər.
Bu ay keçirilmiş sorğuda bəlli olub ki, almanların yarısı kansler Angela Merkelin miqrant siyasətindən narazıdır.
Almaniyada immiqrasiyaya qarşı qrupları da meydana çıxıb.
Şənbə günü bir qrup Berlinin Brandenburg darvazasına iri banner asıb. Onlar şüar vasitəsilə Almaniyanın "islamlaşdırılması" kimi hesab etdikləri immiqrasiyaya etiraz nümayiş etdiriblər.