Avstraliyalı senatoru "qəzəbli fahişə" ilə müqayisə ediblər

Şəklin mənbəyi, Getty Images
Senator Jacqui Lambie həmkarlarından biri haqqında təhqiramiz ifadələr işlədib
Tanınmış avstraliyalı senator mühafizəkar həmkarını "qəzəbli fahişə" ilə müqayisə etdikdən sonra seks işçilərindən üzr istəyib.
Müstəqil senator olan Jacqui Lambie, əvvəllər hakimiyyətdə olan senator Cory Bernadi ilə münaqişədə olub.
Bu həftə senator Bernardi leyborist senator Sam Dastyari-ni səyahət xərclərinin çinli ianəçi tərəfindən ödənilməsinə görə tənqid edib.
Senator Lambie isə cənab Bernardi-nin qəzəbini "subaylığın mənfəətləri barədə mühazirə edən fahişə" ilə müqayisə edib.
"Seks işçilərinin tənqidinə məruz qalmadan onları Senator Bernardi ilə müqayisə etdiyimə görə üzr istəyirəm," o, parlamentdəki çıxışı zamanı deyib.