Melania Trump seks işçisi ittihamına görə Daily Mail və ABŞ blogerinə qarşı iddia qaldırıb

Fotonun müəllifi AFP/Getty
Image caption Xanım Trump-a qarşı iddialar "açıq yalandır", vəkil deyib.

Melania Trump onu 1990-cı illərdə seks işçisi olmaqda ittiham etməsinə görə Britaniya qəzeti və ABŞ blogerinə qarşı 150 milyon dollarlıq məhkəmə iddiası qaldırıb, onun vəkili deyir.

Daily Mail yazıb ki, ehtimal ki, xanım Trump Nyu Yorkda yarım gün işləyirmiş və əri Donald Trump-la da orda görüşüb.

Bloger Webster Tarpley yazıb ki, xanım Trump ictimai tanınandan sonra öz keçmişindən qorxmağa başlayıb.

İddialar "açıq yalandır", vəkil Charles Harder deyib.

"İttiham olunanlar xanım Trump haqqında 100 faiz yalan olan bir neçə bəyanat verib və bu, onun şəxsi və professional həyatına böyük zərər vurub", cənab Harder açıqlamasında deyib.

46 yaşlı xanım Trump, Sloveniyada anadan olub və 1990-cı illərdə model kimi işləmək üçün ABŞ-a köçüb. O cənab Trumpla 2005-ci ildən ailəlidir.

Daily Mail saytında dərc olunan məqalədə, Sloveniyada dərc olunan Suzy jurnalından sitat gətirilir ki, xanım Trump-ın işlədiyi model agentliyi həm də eskort agentlik kimi fəaliyyət göstərirmiş, məhkəmə sənədində deyilir.

Qəzet həmçinin sloveniyalı jurnalist Bojan Pozar-dan da sitat gətirir. O yazır ki, xanım Trump 1995-ci ildə Nyu Yorkda çılpaq foto üçün poza verib və iddia edir ki, o cənab Trumpla da məhz həmin ili görüşüb və 3 il sonra onların görüşməsi haqqında ilk məqalə yazılıb.

Xanım Trump-ın vəkili deyir ki, o ABŞ-a 1996-cı ildə gəlib.

Bu arada, blogger iddia edib ki, "xəbər verildiyi kimi, öz zamanında yüksək səviyyəli eskort kimi tanınan xanım Trump-ı imkanlı müştərilər tərəfindən nalayiq kobudluq qorxusu bürümüşdü" və o, "tammiqyaslı əsəb xəstəliyindən" əziyyət çəkirmiş.

Həm bloger, cənab Tarpley və Daily Mail o vaxtdan məqalədəki sözlərini geri götürüb.