Roma Papası Theresa Ananı müqəddəs elan edib

Müqəddəs Pyotr meydanı
Şəklin alt yazısı,

1997-ci ildə Tereza Ananın vəfatından sonra xəstəliyin müalicəsi üçün iki möcüzəli dərman onun vəsatəti ilə əlaqələndirilib

Vatikanda keçirilən mərasimdə Roma Papası Francis Hindistanda kasıblarla işlərinə görə Theresa Ananı müqəddəs elan edib.

Müqəddəsləşdirmə mərasimini izləmək üçün bazar ertəsi səhəri Müqəddəs Pyotr meydanına on minlərlə zəvvar toplaşıb.

1997-ci ildə Theresa Ananın vəfatından sonra xəstəliyin müalicəsi üçün iki möcüzəli dərman onun vəsatəti ilə əlaqələndirilib.

Hindistanda - Kəlküttədə onun sərəncamı ilə yaradılmış Xeyriyyə Missionerləri ordeni də onun müqəddəsləşdirilməsini qeyd edib.

Bazar ertəsi kardinal Angelo Amato Theresa Ananın qısa tərcümeyi-halını oxuduqdan sonra Roma Papasından onun Kilsəsinin naminə müqəddəsləşdirilməsini xahiş edib.

Roma papası Francis cavab verib: "Ülvi yardım almaq üçün tez-tez etdiyimiz dualar və müzakirələrdən və bir çox yepiskop qardaşlarımızlarla görüşlərimizdən sonra biz Kəlküttənin Mübarək Theresasını müqəddəs elan edir və tanıyırıq və onu müqəddəslərin sırasında siyahıya salırıq və onun bütün Kilsə tərəfindən sayğı ilə anılması barədə fərman veririk."

Şəklin alt yazısı,

Papa Francis müqəddəsləşdirmə mərasimini idarə edib

Şəklin alt yazısı,

Bazar ertəsi minlərlə zəvvar mərasimi izləmək üçün Müqəddəs Pyort meydanına gəlib

Şəklin alt yazısı,

Kəllküttədə Ana Evində rahibələr mərasimi izləyib

Mərasimi yüzlərlə Xeyriyyə Missionerləri bacıları, həmçinin 13 dövlət və ya hökümət başçısı izləyib.

Mərasimlə əlaqəli 1500 evsiz insan Romaya gətirilib və onlara pizza verilib.

Ana Evinin baş rahibəsi Mary Lysa deyib: "Bu gün şənlik, təşəkkür və çoxlu-çoxlu xeyri-dua günüdür."

Təqdiredilmə

Theresa Ananın yaratdığı rahibəlik sistemi 19 evə malikdir, o buna görə Nobel Mükafatını qazanıb.

Hərçənd onun tənqidçiləri bildiriblər ki, onun xəstəxanalarında gigiyena çatışmazlığı var idi və o diktatorlardan xeyriyyə üçün pul alırdı.

O 1997-ci ildə 87 yaşında ikən vəfat edib. 2003-cü ildə o "mübarəkləşdirilib" - bu müqəddəsliyə gedən yolun ilk mərhələsidir.

2002-ci ildə Vatikan bildirib ki, Hindistanda bir qadının mədəsindəki yara Theresa Ananın dualarından sonra sağalıb.

Onun barəsində ikinci möcuzə bəlli olduqdan sonra isə Papa Francis onun müqəddəsliyə layiq olduğunu açıqlayıb.

Theresa Ana kimdir?

Etnik Alban valideynlərin övladı olan Agnese Gonxha Bojaxhiu 1910-cu ildə əvvəllər Osmanlı İmperiyası şəhəri, indiki Makedoniyanın paytaxtı Skopyedə doğulub.

19 yaşında ikən irlandların Loreto təriqətinə qoşularaq Hindistana gedib. Orada Theresa adı ilə Darcilinq şəhərində dərs deyib.

1946-cı ildə Kəlküttəyə köçərək kimsəsizlərə yardım edib, 10 il sonra isə kimsəsiz uşaqlar üçün qayğı evi açıb.

1950-ci ildə Xeyriyyə Missionerləri ordeninin əsasını qoyub. Hazırda buraya 4500 rahibə daxildir.

O dünya boyunca təqdir edilsə də, onun tənqidçiləri bildirirlər ki, o ifrat katolikliyi yayırdı və diktatorlardan xeyriyyə cəmiyyəti üçün pul qəbul edirdi.

Şəklin alt yazısı,

Xeyriyyə Missionerləri ordeninin rahibələri Kəlküttədə hələ də aktiv fəaliyyət göstərir

Şəklin alt yazısı,

Theresa Ana Kəlküttədə basdırılıb