Suriya: ölümcül partlayışlar hökumət və kürd bölgələrini hədəf alıb

Şəklin mənbəyi, AFP
Homsda partlayış böyük dağıntıya səbəb olub
Suriyada hökumət və kürdlərin nəzarət etdiyi ərazilərdə baş vermiş güclü partlayışlar nəticəsində ən azı 20 nəfər həlak olub, dövlət mediası xəbər verir.
Partlayışlar sahilyanı Tartus, mərkəzi Homs, Dəməşq və kürdlərin nəzarətində olan Hassaki şəhərlərində baş verib, məlumatda deyilir.
Əksəriyyət Rusiyanın Suriyadakı bazalarının yerləşdiyi Tartus şəhərində baş vermiş partlayışda həlak olub.
Şəhər sonuncu dəfə may ayında özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın həyata keçirdiyi bombalanmaya məruz qalmışdı.

Türkiyə baş naziri: Suriya-Türkiyə sərhəddi İD-dən təmizlənir
Türkiyənin baş naziri deyib ki, ölkənin hərbi qüvvələrinin dəstəklədiyi Suriya üsyançıları "bütün terror təşkilatlarını" Türkiyə ilə Suriyanın quru sərhəddindən çıxarıb.