Niger eşşəklərin Asiya ölkələrinə aparılmasını istəmir

Nigerdə eşşək

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Hazırda Nigerdə bir eşşəyin qiyməti 100-145 dollar arasındadır

Niger ticarəti 3 qat artmış eşşəklərin ixracına qadağa qoyub. Ölkə eşşəklərin xüsusilə Asiya ölkələrinə aparılmasını heyvanın artımına təhlükə hesab edir.

"İxrac davam edərsə, heyvanların sayı azalacaq," hökümət rəsmisi BBC-ə deyib.

Çinin tibbi toniklərdə istifadə üçün jelatin, afrodisiass (seksual istəyi artırmaq üçün maddə) və yaşlanma əleyhinə kremlərin istifadəsi üçün çoxlu eşşək idxal etdiyi məlumdur.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Eşşəklər Nigerdə əsasən nəqliyyat vasitəsi kimi istifadə olunur.

Avqustda qonşu Burkina Faso eşşək dərisinin ixracına qadağa qoyub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Niger Asiyaya eşşək ixracına qadağa qoyur

"Ötən il ixrac edilmiş 27 min eşşəklə müqayisədə bu il 80 min heyvan ixrac edilib", Nigerin mal-qara nazirliyindən Atte Issa bildirir.

Hökümət, həmçinin eşşəklərin öldürülməsini də qadağan edib.

BBC müxbiri Baro Arzika deyir ki, Nigerdə eşşək ticarəti o qədər gəlirlidir ki, fermerlər başqa heyvandarlıq sahələri ilə məşğul olmur.

Hazırda bu heyvanların qiyməti 100-145 dollar arasındadır, əvvəllər isə cəmi 34 dollar olub.