Suriya tənzimləməsinə dair Rusiya-ABŞ razılaşması

Sergey Lavrovla John Kerry Fotonun müəllifi Science Photo Library
Image caption Sergey Lavrovla John Kerry arasında danışıqlar 12 saat ərzində davam edib.

Bazar ertəsi günbatandan sonra qüvvəyə minəcək Rusiya-ABŞ razılaşması zorakılığın dayandırılması və dinc tənzimləmə mərhələsinə keçidi nəzərdə tutur.

Bu barədə məlumat Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi John Kerry arasında başa çatan danışıqların ardınca elan olunub.

Plana əsasən müəyyən bölgələrdə döyüş əməliyyatları dayandırılmalıdır.

Eyni zamanda ABŞ və Rusiya o cümlədən özünü İslam Dövləti adlandıran cihadçı qruplaşmalara qarşı müştərək mübarizə mərkəzi quracaqlar.

Razılaşmanın şərtlərinə görə Suriydakı münaqişə tərəfləri "öhdəliklərinə əməl etməlidirlər", Cenevrədə keçirilən danışıqların yekunlarını şərh edərkən ABŞ Dövlət katibi John Kerry deyib.

"Ümid edirik ki, plan tam yerinə yetirilərsə o dönüş nöqtəsinə çevriləcək".

Fotonun müəllifi AFP
Image caption Son günlər Suriyanın ən iri şəhəri olan Hələbdə döyüşlər şiddətlənib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Suriya hökuməti plan barədə məlumatlandırılıb və onu "yerinə yetirməyə hazırdır".

Sergey Lavrovla John Kerry arasında danışıqlar 12 saat ərzində davam edib.

BMT əldə olunan razılaşmaya dəstək verəcəyini bildirib.

Çərşənbə axşamı BMT bəyan edib ki, Suriyada müharibə şəraitində yaşayan dinc sakinlərə qarşı bu ilin əvvəli, qısa müddət ərzində daha amansız mübarizə metodları tətbiq olunub.

Həmçinin oxu:

Suriya: Münaqişənin tarixçəsi

Suriya münaqişəsində Rusiya "qalib" ola biləcəkmi?

Suriya haqqında olan hesabatda deyilir ki, fevral ayında elan olunan atəşkəsdən sonra bəzi şəhərlərə ilk dəfə humanitar yardımın göndərilməsinə icazə verilib, lakin bu, bir neçə həftə davam edib.

Hesabatda deyilir ki, 600 min suriyalı hazırda mühasirədə yaşayır və daha 300 min insan Hələb şəhərində blokadadadır.

Əlaqəli mövzular

Bu barədə daha geniş